26 Iyul 2024 20:15
166
DÜNYA

Fransada qatarlar yandırılır

Fransanın milli dəmiryol şirkətinin məlumatına görə, dəmir yollarında ard-arda törədilən yanğın hadisələrindən sonra, nəqliyyat sistemi bərpa işlərinə başlayıb.

 Qatarlarln hərəkətləri bərpa edilsə də, bir çox yollarda təmir işləri davam etdirilir.Bildirilir ki, bəzi marşurutlar üzrə hərəkət dayandırılıb, şimal və qərb istiqamətlərində bir neçə saatlıq ləngimələr müşahidə olunur.

 Xatırladırıq ki, ötən gecə ərzində dəmir yol xətlərində dörd təxribat hərəkəti törədilib. Nəməlum şəxslər Kurtlan, Arrase, Lamorvil dəmir yolu infrastrukturlarında, həmçinin Myört və Mozel departamentlərində yanğın törədiblər.

  İnsident nəticəsində, nəqliyyat xətlərində ciddi problemlər yaşanıb. Böyük sayda qatarların hərəkətləri dayandırılıb və 800 mindən çox sərnişin zərər çəkib.

 Makronun başı isə erməni bacılarına qarışıb, ona görə də, ölkəsində baş verən hadisələrə müdaxilə edə bilmir...

 Rüstəm Hacıyev