Avtobus dayanacaqları küləyə davamlı olmalıdır...
Bakıda çoxlu sayda avtobus dayanacaqları var.
Onların əksəriyyəti Bakının küləyinə, yağışına, sərt havasına tab gətirmir! Üstəlik də sərt havalarda- yağışda, qarda, şaxtada sərnişinlər bu dayanacaqda olmazın əziyyəti ilə üzləşirlər. Hətta leysan yağış yağanda dyanacaların damından və yanında su sərnişinlərin üstünə tökülür. Təbii ki, bu dayanacaqlar Bakının hava şəraitinə, iqliminə uyğun tikilməyib. Və hansı ki, bu dayanacaların inşası üçün dövlət yüz minlərlə manat pul xərcləyib! Belə bir durumda isə bu dayanacaqlar lazımı tələblərə cavab vermir.
Amma son vaxtlar Bakıda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi daha müasir və yüksək tələblərə cavab verən avtobus dayanacaqları tikib və tikir. Artıq paytaxtımızın bir çox yerlərində bu dayanacaqlardan inşa edilib! Özü də həmin dayanacaqların açılıb- bağlanan qapıları olmaqla yanaşı içəridə oturacaqlar və digər avadanlıqlar mövcuddur! Ən çətin hava şəraitinda burada sərnişinlər rahat dayana bilər və avtobus gözləmək imkanına malikdir! Belə dayanacaqlar metronun " Xalqlar dostluğu" stansiyasının yanında da quraşdırılıb.
Və yavaş-yavaş Bakının ucqar məntəqələrinə doğru uzanır. Yaxşı olardı ki, belə dayanacaqlar Yeni Günəşlidə də tikiləydi, çünki bu yaşayış sahəsində daha güclü küləklər əsir və sərnişinlər yağış, qar yağanda həddindən artıq əziyyət çəkirlər! Ümumiyyətlə, Yerüstü Nəqliyyat Agentliyinin bu işini alqışlamaq və onları dəstəkləmək lazımdır!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
23 Sentyabr 2026 17:15
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
23 Sentyabr 2026 04:05
Payız gəldi...
22 Sentyabr 2026 14:24
Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır
22 Sentyabr 2026 12:47
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib
22 Sentyabr 2026 12:14
Ağdam-Xankəndi dəmiryol xəttinin bərpası davam edir - VİDEO
22 Sentyabr 2026 11:35
Azərbaycanın təkrar mənzil bazarında 42 minə yaxın mənzil satılıb
22 Sentyabr 2026 09:22
"Böyük Qayıdış": Daha 284 nəfər doğma yuruna döndü
21 Sentyabr 2026 17:40


Bakı -°C

