Bəzi sürücülər niyə ara məsafəsi saxlamır?
Nəqliyyat vasitələrini idarə edərkən ara məsafəsi saxlamaq hərəkətin təhlükəsizliyinin təmin edilməsində önəmli əhəmiyyətli kəsb edir.
Təbii ki, buna əməl edənlər də , var, riayət etməyənlər də! Çünki mövcud qaydalara əməl edilməsə, qəzaların baş verməsi qaçılmaz olur. Öna görə də ara məsafəsinin saxlanılmasını bütün sürücülər diqqət mərkəzində saxlamalıdır. Xüsusilə də magistral yollarda buna diqqət yetirilməlidir.Bu günlər də Bakı- Sumqayıt avtomobil yolunun 29- cür kilometrində baş vermiş yol-nəqliyyat hadisəsini yadda salmaq kifayətdir. Belə ki, eyni istiqamətdə hərəkət edən iki avtobusadan biri- Bakı avtovağzalından Sumqayıta gedən və sərnişin daşıyan avtobus ara məsafəsi saxlanılmaması üzündən arxadan digər sərnişin aparan avtobusa çırpılıb.Nəticəsə qabaqda gedən sərnişin avtobusu aşıb.
Qəza zamanı bir nəfər tələb qız həlak olub, 18 nəfər sərnişin müxtəlif dərəcəli xəsarət alıb. Onlar Sumqayıtdakı xəstəxanaya yerləşdiriblər! Deməli, burada hər iki sərnişin daşıyan sürücünün məsuliyyəti var!Deyilənə görə, qabaqdakı avtobusun sürücüsü dayanacaq olmayan yerdə masını saxlayıb və bu zaman yüksək sürətlə hərəkət edən avtobus arxadan ona çırpılıb!Bax , arxadan gələn sürücü avtobusu həm yüksək sürətlə idarə edib, həm də ara məsafəsi saxlamayıb.Əgər hər iki sürücü diqqətli olsaydı, belə bir ağır qəza baş verməzdi!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
07 Aprel 2026 20:00
240 min dollarlıq təhlükəsizlik: Gizli zirehli model
06 Aprel 2026 09:00
Yağışlı havada tıxaclı Bakı yolları - SİYAHI
04 Aprel 2026 19:52
Yeni Günəşlidə yolun bir hissəsi düzəldilib...
03 Aprel 2026 08:31
Bakıda tıxac olan yollar açıqlanıb
01 Aprel 2026 18:24
Bu yollarda sıxlıq var - SİYAHI
26 Mart 2026 09:00
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21


Bakı -°C

