14 Avqust 2024 09:10
185
AVTOMABİL

Piyadalar qaydaları pozurlar

Yol hərəkəti iştirakçısı kimi piyadaların üzərinə böyük məsuliyyət düşür! Yəni onlar yolu keçərkən yol hərəkəti qaydalarına əməl etməli və təyin olunmuş yerlərdən keçməlidir.

Başqa sözlə demiş olsaq, onlar yeraltı və yerüstü keçidlərindən   istifadə etməli, piyadalar üçün ağ zolaqlı yerlərdən, işiqforun yaşıl işığı yanarkən keçməlidirlər! Amma bu qaydalara çoxları əməl etmir və nəticədə piyadavurma halları baş verir! Hadisə  baş verərkən ölənlər və  xəsarət alanlar olur!  Bakı Şəhər  Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci tağımının komandiri Nurlan Əliyev deyir ki, biz piyadaların təhlükəsizliyi ilə bağlı qabaqlayıcı tədbirlər görürük. Yeni ilk növbədə onların arasında maarifləndirmə işləri aparırıq.

Eyni zamanda qaydaları mütamadi surətdə pozan piyadalar inzibati məsuliyyət cəlb edilir, 20 manat miqdarında cərimə edilirlər! Bir sözlə, ona çalışmalıyıq  ki, piyadavurma  hadisələri  heç olmasa azalsın! Bu tək yol polisindən  deyil, həm də piyadalardan  asılıdır!

Emil Faiqoğlu