Avtobusu qapısı açıq idarə edirlər
Bu gün Bakıda elə marşrut var ki, orada avtobusları qapısı açıq sürürlər.
Belə marşrutlardan biri də 50 nömrəli marşrutda işləyən avtobuslardır. Havaların isti keçdiyi günlərdə də bu avtobusları sürücülər qapısı açıq sürürdülər. İndi havaların sərin keçməsinə baxmayaraq, yenə bu avtobusları bəzi sürücülər qapısı açıq idarə edirlər. Sentyabrın 17- də səhər saatlarında o avtobuslardan mənzil başına getmək üçün birinə mindik.
Bu dəfə də sürücü avtobusu qapısı açıq idarə edirdi, üstəlik də nəqliyyat vasitəsini yüksək sürətli idarə etməkdən çəkinmirdi. Sərnişinlər də narazılıqlarını bildirəndə sürücü soyuqqanlı halda deyirdi ki, qorxmayın heç nə olmaz! Amma hər an açıq qapıdan kimsə, yıxıla bilərdi.Umumiyyətlə, 50 nömrəli marşrutda tez-tez belə özbaşınalıqlar baş verir.
Bəs bunun qarşısın kim almalıdır?
Emil Faiqoğlu