17 Sentyabr 2024 15:57
497
TEXNOLOGİYA

Niyə bizi aldadırlar?

Artıq bir aydır ki, ölkəmizdə internet qiymətləri bahalşıb.

Məsələn, biz əvvəllər İnternetə və televizora görə 28 manat ödəyirdik, indi isə  35 manat hər ay pul veririk. Deyirdilər ki, internetin qiyməti bahalaşandan sonra xidmətin də keyfiyyətli yaxşılaşacaq. Ancaq qiymətlər qalxdı, xidmətdə yaxşılaşmadı. Əksinə, keyfiyyət bir  qədər də aşağı düşdü.

Artıq əhali xidmət sahələrinin qiymət artımı ilə bağlı vədlərinə inanmır. Camaat bilir ki, onlar xalqı aldadır, qiymət artımı ilə əlaqədar yüz bəhanə gətirir, bir sözlə, yalan vədlər verirlər!

Emil Faiqoğlu