" ARB-24" ün politoloqları
Son vaxtlar hansı televiziya kanalına baxırsan siyasi icmalçıları politoloqları görürsən. Burda pis heç nə yoxdu.
Pis odur ki, o politoloqların çoxu danışanda elə bil ki, onların ağzını sanki ərişdə yandırıb. Nə danışırlar heç nə başa düsmək olmur. Yaxud da danışdıqları hamının bildiyi məsələlərdir. Elə onların danışdıqlarını nənəm də bilir. Xüsusi ilə də " ARB-24"ün politoloqları bir- birindən fərqlənmirlər. Hər hanısı bir mövzunu primitiv, bayağı bir formada danışırlar. Terminlərdən çox istifadə edirlər və tamaşaçıları yorurlar.
Onlar zəhmət çəkib Türkiyənin, Rusiyanın politoloqlarına baxsınlar.Görsünlər onlar neçə danışıb, tamaşaçıları elə alırlar. Sovet dönəmində Azərbaycanda çox savadlı və auditoriyanı ələ alan siyasi icmalçılar vardı.
Şirməmməd Hüseynov, Murtuz Ələsgərov, Seyfəddin Qəndilov, Qulu Məhərrəmli danışanda ağızlarından dür tökülürdü. Və tamaşaçılar da bu gözəl insanların çıxışlarını səbirsizliklə gözləyrdilər. Öyrənmək heç vaxt gec deyil. Bax, indiki politoloqlar çox şeyi bilmirlər, verilişlərə hazılaşıb çıxmalıdırlar. Yoxsa onların danışdıqları bəsit təhlillər tamaşaçıları yorub bezdirəcək və axırda da onlara kütlə baxmayacaq!
Emil Faiqoğlu
Digər Xəbərlər
14 Sentyabr 2026 17:20
“Amerikalılar ingilis dilini heç kimə sırımırlar”
12 Sentyabr 2026 10:35
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
12 Sentyabr 2026 09:37
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
12 Sentyabr 2026 09:28


Bakı -°C

