18 Oktyabr 2024 10:33
126
ƏDƏBİYYAT

FƏDAKAR ALİM, GÖRKƏMLİ ELM TƏŞKİLATÇISI

Görkəmli ədəbiyyatşünas alim- akademik İsa Həbibbəylinin 75 yaşı tamam oldu. Bütün şüurlu həyatını Azərbaycan elminin tərəqqisinə həsr etmiş İsa müəllim şərəfli bir ömür yolu keçib.Onun ilkin tədqiqatları Mirzə Cəlil haqqındadır. Mirzə Cəlil bəlkə də Azərbaycanda ən çox tədqiq edilən,öyrənilən,haqqında yazılan böyük ədibimizdir. Hətta İsa Həbibbəylini tanımamışdan, yaradıcılığı ilə tanış olmamışdan əvvəl mənə elə gəlirdi ki, artıq Mirzə Cəlil haqqında nə varsa tıdqiq edilib, öyrənilib,yazılıb.

Amma sonralar,İsa Həbibbəylinin tədqiqatları, kitabları ilə tanış olduqca mənə məlum oldu ki,məşhur "Molla Nəsrəddin" jurnalının mühərriri,eyni zamanda görkəmli yazıçımızın həyatı,həm də yaradıcılığı haqqında Azərbaycan oxucusuna hələ məlum olmayan yetərincə faktlar var.Məhz İsa Həbibbəylinin gərgin əməyi nəticəsində Mirzə Cəlilin "Ər", "Lənət"  və "Oyunbazlar"  adlı 3 dram əsəri, 176 felyetonu, 35 məqaləsi, 2 tərcüməsi, 9 məktubu, 14 şeiri tapılıb geniş oxucu kütləsinə təqdim olundu. Mirzə Cəlilin həyatı haqqında onun müasirlərinin yetərincə xatirələri var və həmin xatirələrin böyük bir qismi Abbas Zamanovun səyi ilə toplanaraq 1967 -ci ildə kitab şəklindı çap olunub.

Bundan başqa Qulam Məmmədlinin Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr etdiyi "Molla Nəsrəddin" adlı salnamə kitabı da (1966) Mirzə Cəlilşünaslıqda çox qiymətli mənbədir.Eyni zamanda Mirzə Cəlilin dövrü, həyatı, ailəsi, "Molla Nəsrəddin"  jurnalındakı fəaliyyəti, İranda,Tiflisdə yaşadığı illər, dostları, həmfikirləri...haqqında həyat yoldaşı Həmidə xanımın yazdığı "Mirzə Cəlil haqqında xatirələrim" (1967)  kitabı da,hər birimizin maraqla oxuduğu kitablardandır.Mirzə Cəlilin adı ədəbiyyatsevərlər üçün həmişə cazibədar ad olub...Xatırlayıram,1992-ci ildə "Səhər" qəzetinin 2 fevral sayında,o vaxt Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin  elmi işlər üzrə prorektoru,filologiya elmləri namizədi,dosent  İsa Həbibbəylinim "Mirzə Cəlilin nəvələri tapıldı"  adlı  bir sensasion məqaləsi çap olundu.Həcmcə çox da  böyük olmayan həmin məqalə əl -əl gəzdi, ədəbi içtimaiyyət arasında  çox böyük marağa səbəb oldu.İsa Həbibbəyli bu xeyirxah işi sonralar da davam etdirdi.

Məhz onun özünün arıçılığı sayəsində Mirzə Cəlilin Fransa və İranda yaşayan qohumları tapılmış,2019-cu ilim noyabrında İsa müəllim Mirzə Cəlilin Polşada yaşayan varislərinin Azərbaycana səfərini təşkil etmişdir...Mirzə Cəlilə olan böyük sevgisinin təzahürü olaraq İsa müəllim 1995- ci ildə  "Cəlil Məmmədquluzadə:  mühiti və müasirləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-  cü ildə çap olunmuş Cəlil Məmmədquluzadənin 4 cildlik əsərlərinin tərtibçisi, müqəddimə və izahlarının müəllifi də İsa müəllimdir. Mirzə Cəlilin nəsil şəcərəsinin və həyat yolunu əks etdirən albomu da iki dildə (Azərnaycan və rus) hazırlayıb çap etdirən də İsa Həbibbəyli olmuşdur.

Mənim fikrimcə keçən əsrin 90-çı illərindən başlayaraq İsa Həbibbəylinin gərgin axtarışları,tədiqatları sayəsində Azərbaycanda  Mirzə Cəlilşünaslığın yeni dövrü başladı.

İsa Həbibbəyli uzun illər Naxçıvanda yaşayıb.Naxçıvan Dövlət Universitetinin rektoru olub.Amma Naxçıvanda yaşayıb işləsə də, Bakıda nəşr olunan ədəbi və digər dərği və qəzetlərdə müntəzəm çap olunması, insanda,işindən zövq alan bu məhsuldar ədəbiyyatşünas alim haqqında yalnız xoş təəssüratlar yaradıb.

Bu gün Azərbaycanda hər hansı ədəbi,ictimai, hətta siyasi hadisələr onun diqqətindən kənarda qalmır.Ölkəmiz üçün hər hansı taleyüklü məsələlərdən tutmuş,ədəbi həyatımızda baş verən hər hansı bir yeniliyə İsa müəllim həmişə öz müdrik münasibətini bildirir.Onun fikirləri həmişə  orijinaldır,ədəbi dairələrdə,oxucular arasında həmişə ədəbiyyatımızın inkişafına vəsilə olacaq müzakirə predmetidir.

İsa Həbibbəyli bir neçə çağırış Milli Məçlisin deputatı olub.2013- cü ildən AMEA Nizami Gəncəvi adına ədəbiyyat institunun direktorudur.Daima yenilik eşqi ilə yaşayan İsa müəllimin ədəbiyyat institundakı fəaliyyəti ayrıca bir yazının mövzusudur. Onun rəhbərliyi ilə nəşri hələ də davam edən funtamental,çoxcildli Azərbaycan ədəbiyyatı tarixi,müstəqillik dövrü ədəbiyyatımızın ardıcıl,sistemli şəkildə araşdırılması,Zəfər tariximizlə bağlı tədqiqatlar,sovet dövründə yaranmış əsərlərə yeni rakursdan baxış, yeni şöbələrin yaranması,dünya xalqları ədəbiyyatının tədqiqi və hımin ölkələr ədəbiyyatının ölkəmizdə təbliği,ədəbiyyat institunda ənənə şəklini almış aktual iclaslar,alimlərimizin, yazıçılarımızın yaradıcılığı ilə bağlı tədbirlər,ilin əbədi yekunlarına  həsr olunmuş konfranslar,həmin konfranslardakı məruzələr,dünya şöhrətli yazıçıların, alimlərin Ədəbiyyat instituna dəvətləri...Sadaladığım və sadalamadığım bütün bu görüşlərin,konfransların, toplantıların... təşkilatçısı və rəhbəri də İsa müəllimdir.

Mən İsa müəllimi bir neçə dəfə müxtəlif iclaslarda,yığıncaqlarda müşahidə etmişəm.Həmişə,necə deyərlər,işi başından aşan,ölkədə keçirilən ən önəmli yığıncaqlarda çıxışlar edən,demək olar ki,hər həftə,ölkənin müxtəlif  mətbu orqanlarında bir neçə məqaləsi dərc olunan,tez-tez işgüzar səfərlərdə olan,bir çox içtimai işlərlə məşgul olan bu böyük alimin təmkini,daxili sakitliyi və sabitliyi həmişə məni  yaxşı mənada təəccübləndirib. Günü  müxtəlif xeyirxah,lazımlı işlərlə yüklənmiş İsa müəllim yaradıcılığına ayırdığı saatlarında,ölkəmizin əbədi həyatında mərhələ təşkil edən,ədəbi prosesə istiqamət verən,bəzən proqram mahiyyətli məqalələr,monoqrafiyalar qələmə alır.Məsələn,onun "Kitabi- Dədə Qorduq: yazılı epos və epopeya" adlı monoqrafiyası haqqında,Xalq yazıçısı Anar yazır:

" Dədə Qorqudun peyğəmnərimizin çağdaşı olması barədə fikrindən çıxış edərək,1300 illik tarixi qəbul edildi və əsərin adındakı "Kitab" sözünə əsaslanaraq bu möhtəşəm abidə ana dilimizdə yaranan söz sənətinin ilki sayıldı. İsa Həbibbəyli isə  'Kitabi- Dədə Qorqud: yazılı epos və ya  epopeya" adlı monoqrafiyasında da bu tarixi həqiqəti ilk dəfə elmi dəlillərlə əsaslandırdı. Dünya elmi fikrində Homerin  "İliada" və " Odisseya" əsərləri yazılı ədəbiyyat hesab olunduğu kimi,Azərbaycanda da İsa Həbibbəyli tərəfindən "Kitabi- Dədə Qorqud"un yazılı ədəbiyyat nümunısi olduğu ciddi şəkildə tədqiq edildi və əsaslandırıldı. Bu baxış Qorquqşünaslıqda yeni bir istiqamətdir".

Demək,Anar müəllimin də qeyd etdiyi kimi İsa Həbibbəyli yenilikçi alimdir.Son vaxtlar İsa müəllimin ən çox istinad olunan,haqqında danışılan mühüm monoqrafiyalarından biri də "Azərbaycan ədəbiyyatı:  dövrləşmə konsepsiyası və inkişaf mərhələləri"  monoqrafiyasıdır. Anar müəllim həmin monoqrafiyanı  "ədəbiyyatşünaslıq elminin müstıqillik dövründəki mühüm naliyyəti" kimi dəyərləndirir.

2022- ci ildə İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçildi.İndi Azərbaycan elminə rəhbırlik edən İsa müəllimin elmımızın inkişafı naminə bəlli həfəfləri var. Həmin hədəflərdən biri,Azərbaycan elm xadımlərinin,əlbəttə öz elmi kəşfləri ilə dünyada tanınması (təbii ki,dünyada tanınan elm xadimlərimiz dı var), gənclərin elmə olan maraqlarını artırmaqdır. İsa müəllimin təşəbbüsü,AMEA- nın  Rəyasət heyətinin təşkilatçılığı ilə 2023- cü ildə "Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar"  adlı beynəlxalq elmi konfrans da müəyyən qədər bu mısələyə həsr olunmuşdu...Bilirəm ki,İsa müəllim uzun illəgdir ki, dünyanın görkəmli ədəbiyyat,elm xadimləri ilə dostluq əlaqələri saxlayıb: O, mərhum Nobelçi fizik Jores Alferov ilə dost idi...İsa müəllim 2016- cı ilin sentyabrında Bakıda olan Nigeriyalı şair, dramaturq, yazıçı- 1986- cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Vole Şoyinka ilə ədəbiyyat institutu əməkdaşlarının görüşünü təşkil elədi...

Bu ilin iyun ayında,görkəmli Türk alimi, kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər İsa müəllimin dəvəti ilə təxminən bir həftə Azərbaycanda oldu. İsa müəllim Əziz Səncərin müxtəlif elmi müəssilərdə görüşlərini təşkil elədi. Birlikdə, İsa müəllimin ata yutdunda,Naxçıvanda oldular. İsa müəllim görkəmli alimi hətta öz ata evinə qonaq da apardı.

Bu barədə Əziz Səncərlə Milli Ellmlət Akademiyası Rəyasət Heyətinin iclas salonunda keçirilən görüşdə (həmin görüşdə mən də iştirak edirdim)  Əziz Səncər özü danışdı.Həmin görüşdə (3 iyun)   dünya şöhrətli alim,Azərnaycan elmi ictimaiyyəti qarşısında  "Türk dünyası elm siyasəti: reallıqlar və çağırışlar" adlı məruzə elədi. Bu unudulmaz gorüşdə İsa müəllim Əziz Səncərə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü diplomunu də təqdim elədi.

Həmin görüşdən bir gün sonra Azərbaycan televiziyasına eksklüziv müsahibə verən Əziz Səncər Azərbaycanda gördüklərindəm məmnunluğunu dilə gətirdi.Azərbaycan elminin yaxın gələcəkdə böyük uğurlar əldə edəcəyinə olan inamını ifadə elədi.

Həmin müsahibəsində Əziz Səncər dostu İsa Həbibbəyli haqqında da danışdı.O, İsa müəllimi fədakar alim,görkəmli elm təşkilatçısı kimi xarakterizə etdi.

Əziz Səncərin bu fikri mənim fikrimcə İsa Həbibbəyli haqqında deyilmiş ən dəqiq fikirdir.

ETİBAR ƏBİLOB,

NEFTÇALA

17 OKTYABR