Mopedlər ölüm saçır
Bu gün Bakıda və ölkəmizin digər şəhər, qəsəbə, kəndlərində çoxlu sayda mopedlər, motosikletlər fəaliyyət göstərir.
Demək olar ki, onlara idarə edənlərin çoxu yol hərəkəti qaydalarını pozur və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradırlar. Son vaxtlar həmin nəqliyyat vasitələrinin iştirakı ilə Bakıda bir neçə ölümlə nəticələnən ağır qəzalar baş verib. Yol polisinin keçirdiyi tədbirlər nəticəsində bu cür qanunu pozan sürücülərin idarə etdiyi moped və motosikletlər onların əlindən alınıb, duracağa qoyularaq inzibati məsuliyyətə cəlb ediliblər.
Amma buna baxmayaraq, bu gün də Bakıda həmin sürücülər qanunları pozmaqda davam edir.Məsələn, oktyabrın 19- da saat 10: 30- da Yeni Günəşli yaşayış sahəsinin avtomobil yollarında bir moped sürücü yolun əks istiqamətdə hərəkət edirdi. Bu da digər sürücülər üçün təhlükəli anlar yaşadırdı.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli deyir ki, yol polisi motosiklet və moped sürücülərinə qarşı son vaxtlar mübarizəni daha da gücləndirməyə məcbur olub, çünki digər hərəkət iştirakçıları onların fəaliyyətindən çox narazıdırlar. Ona görə də yol hərəkəti qaydasını pozan heç bir sürücü məsuliyyətdən yayına bilmir. Və biz bundan sonra da belə sürücülər qarşı mütəmadi mübarizə aparacağıq!
Emil Faiqoğlu