Hörmətli Fəzail müəllimə həsr edirəm
Məclislərdə öz yerində olmağı,
Hər bir zaman insan kimi qalmağı,
Yaxşı olub,ucalığa qalxmağı,
Fəzail müəllimdən öyrənməli.
******
Onun kimi dərdə sinə gərməyi,
Çətinliyi hamıdan gizlətməyi,
Kədər deyil,bizə sevinc verməyi,
Fəzail müəllimdən öyrənməli.
******
Həqiqətin tərəfində olmağı,
Hər bir yerdə ədalətli qalmağı,
Yamanları,yamanlıqla anmağı,
Fəzail müəllimdən öyrənməli.
******
Uşaqların sevimlisi olmağı,
Qaranlıqda zülmətləri yarmağı,
Köməksizə daima kömək durmağı,
Fəzail müəllimdən öyrənməli.
******
Tələbəni övladı tək sevməyi,
Hər bir kəsə düzgün qiymət verməyi,
Haqqı danışmağı,düzgün deməyi,
Fəzail müəllimdən öyrənməli.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.