25 Oktyabr 2024 08:50
2095
ƏDƏBİYYAT

Düşməni qarşımda aparıram mən

İlhamam,dünyaya yenidən gəldim.

Düşmənin bağrını dağıtdım,dəldim.

Qarşısı kəsilmiş böyük bir seldim.

Düşməni qarşımda aparıram mən,

Şuşamın bağrından qoparıram mən.

******

30 ildi əyilmişdi başımız.

Ağlayırdı torpağımız,daşımız.

Azğın selə döndü,gözdə yaşımız.

Düşməni qarşımda aparıram mən,

Laçının bağrından qoparıram mən.

******

Pakistan,Türkiyə sülhə dayaqdı.

Zirvədə işıqdı,sanki mayaqdı.

Zalımın gözünə oxdu,yaraqdı.

Düşməni qarşımda aparıram mən,

Kəlbəcər bağrından qoparıram mən.

******

Ağdamda çay evi gözləyir bizi,

Hər gün qələbə ilə izləyir bizi,

Ağdərə,Xankəndi səsləyir bizi.

Düşməni qarşımda aparıram mən,

Xocavənd bağrından qoparıram mən.

******

Qubadlıda Həkəri çay ağlayır.

Füzulidə Azıx matəm saxlayır.

Zəngilanda Çinar qəlbi dağlayır.

Düşməni qarşımda aparıram mən,

Cəbrayıl bağrından qoparıram mən.

******

Xocalıda meşə qana bulandı,

Naşı kəslər bu meşəni dolandı,

Mən desəmki sağ gəldilər-yalandı.

Düşməni qarşımda aparıram mən,

Qubadlı bağrından qoparıram mən.

******

Dəyib,toxunmarıq məsum insana.

Qıymarıq günahsız alışa-yana.

Qovub silahlını atarıq sona.

Düşməni qarşımda aparıram mən,

Qarabağ bağrından qoparıram mən.

******

Qalib xalqın,qalib Prezidenti cənab İlham Əliyevə həsr edirəm.

Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.