“Azerçay” Çay Sənayesində Fermerlərin Gücləndirilməsi Mövzusunda Panel Müzakirəsi Keçirib

“Azerçay”ın təşkilatçılığı ilə COP29 çərçivəsində “Azərsun Holdinq”in pavilyonunda “Çay Sənayesində Fermerlərin Gücləndirilməsi” mövzusunda panel müzakirəsi baş tutub. Bu tədbir, çay sənayesinin inkişafı və fermerlərə verilən dəstəklərin əhəmiyyəti ilə bağlı geniş müzakirə imkanları yaradıb.
Panel müzakirəsini açan “Azerçay” markasının marketinq müdiri Tərlan Lətifov, ilk olaraq çayın zəngin tarixi və dərin mədəniyyəti haqqında məlumat verib. O, çayın yalnız içki deyil, eyni zamanda Azərbaycan mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu vurğulayıb.
Müzakirə zamanı, kənd təsərrüfatında çayın əhəmiyyəti və bu sahənin inkişafı üçün fermerlərə verilən dəstəklərin vacibliyi barədə geniş fikirlər irəli sürülüb. Çıxışçılar, fermerlərin gücləndirilməsi və çay istehsalının keyfiyyətinin artırılması üçün müxtəlif müasir yanaşmalar və innovasiyaların tətbiqinə xüsusi diqqət yetiriblər. Müzakirə iştirakçıları həmçinin çayın müasir standartlara uyğun şəkildə, əl dəymədən qablaşdırılması barədə məlumat verərək, istehsal proseslərinin təkmilləşdirildiyini bildirib.
Qeyd edək ki, “Azerçay” COP29-da çay təminatçısıdır və bu mühüm tədbir çərçivəsində Mavi Zonanadayerləşən Azərbaycan pavilyonunda gələn qonaqlara çay təqdim olunur. Çay mədəniyyəti haqqında məlumatlar verilir Həmçinin, Yaşıl Zonanada yerləşən “Azərsun Holdinq” pavilyonunda da “Azerçay” qonaqları qarşılayır.
Digər Xəbərlər

Qəbir yeri neçiyədir?
jpg-1744748367.jpg)
Evtanaziyanı ilk gerçəkləşdirən şeytan: "Ölüm həkimi" Cek Gevorqyan

Babalarımız daşı oyub yazıblar, amma biz oxumuruq

İnsan həyatı ölümdən sonra da davam edir?

Qəzadan 14 il əvvəlki "Titan" öncəgörməsi: Batan "Titanik” gəmisi - 113 il

“Azərsun Holdinq” ödənişli yay təcrübə proqramını elan edir

ABŞ CİA-sı:"UNO-lar 35 il öncə sovet əsgərlərini daşa çevirib öldürdülər"
