COP29 çərçivəsində "Azərsun Holdinq" və KOBİA arasında memorandum imzalanıb - FOTO
Noyabrın 22-də “Azərsun Holdinq” ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında mühüm tərəfdaşlıq memorandumu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində “KOB-ların Yaşıl İqlim keçidi üçün Bakı Koalisiya Bəyannaməsi”nə qoşulmaq barədə razılıq əldə olunub. Memorandum COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilir.
Adalet.az xəbər verir ki, imzalanma mərasimində KOBİA-nı İdarə Heyətinin sədri Orxan Məmmədov, “Azərsun Holdinq”i isə Müşahidə Şurasının sədri Abdolbari Gozal təmsil edib.
Memorandumun məqsədi iqlim dəyişmələri, yaşıl texnologiyalar, yaşıl iqtisadiyyat və yaşıl sahibkarlıq sahəsində əməkdaşlıq və birgə fəaliyyəti təşviq etməkdir. Tərəflər ətraf mühitin sağlamlaşdırılması, maarifləndirmə və davamlı inkişaf istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
“Azərsun Holdinq” uzun illərdir iqlim dəyişikliklərinə qarşı mübarizə, sağlam ekologiya və yaşıl iqtisadiyyatın inkişafı naminə ardıcıl addımlar atır. Bu memorandum vasitəsilə şirkət öz öhdəliklərini bir daha təsdiq edir və KOBİA ilə birlikdə davamlı gələcək üçün yeni təşəbbüslərə imza atmağı planlaşdırır.
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

