Zibilliyə atılan kitablar...
Biz başqa millətlərlə müqayisədə bir o qədər də kitab oxuyan xalq deyilik.
Çünki başımız başqa - başqa işlərə qarışıb. Və başımız başqa- başqa işlərə qarışdığına görə , kitab oxumağa vaxtımız və həvəsimiz qalmır. Birbaşa keçək mətləbə. Bu günlərdə uşaqlıq dostum və qardaşım Zülfüqar müəllim Bakıda yol keçəndə zibilliyə atılmış kitablar görür.
Nəvəsi də yanındaymış. Əyilib zibilliyə atılan N. A . Ostrovskinin kitabını göturəndə uşaq deyir ki, dədə, onu neynirsən, götürmə, görmürsən, nə gündədir.Od vur, yandır. Müəllim də nəvəsinə bildirir ki, aparaq evə, orda yandırarıq. Zülfüqar qardaşımız kitabı təmizləyib evə aparıb, kitab rəfinə qoyub. Bu kitabı 1957- çi ildə ad günündə bir dost başqasına bağışlayıb.Kitabda onu bağışlayanın ürək sözləri və imzası da var.
Zülfüqar qardaşımız kitabın, eləcə də ikinci səhifədəki imzanın şəklini çəkib mənə göndərib. Və nadir kitabın zibilliyə atılmasını ürək ağrisı ilə danışır. Bu gün ən yaxşı kitabları elə zibillikdən tapmaq olur. Bir dəfə də mən zibillikdən Cəlil Məmmədquluzadənin kitablarını tapdım.
Təmizləyib kitab rəfimə qoydum.İndi hər gün olmasa da , həftədə bir dəfə Mirzə Cəlili oxuyub ləzzət alıram.Bu kitab mənim üçün bütün yeməklərdən qiymətlidir. Bir də belə kitabları zibilliyə atanları tarix özü zibilliyə atır!
Emil Faiqoğlu
Digər Xəbərlər
15 Yanvar 2026 18:32
FƏDAKAR ALİM ÖMRÜ
15 Yanvar 2026 11:05
"Azərbaycan xalqını çox yükləyiblər lazımsız ideya və fikirlərlə..."
15 Yanvar 2026 10:31
Nəğməli ürək - Həzi Həsənli yazır
14 Yanvar 2026 11:01
Axrınıza çox az qaldı, mollalar! - Murad Köhnəqala yazır
13 Yanvar 2026 12:43
“Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib - FOTOLAR
13 Yanvar 2026 12:20
"Boğaza yığılmışıq" - Anardan SƏRT AÇIQLAMA: AYB-dən çıxarılacaqlar
13 Yanvar 2026 11:15
Azərbaycan 49 adda dini ədəbiyyatı qadağan etdi
12 Yanvar 2026 15:45


Bakı -°C

