"Ulduz" jurnalı ilə "Xalq qəzeti"nin ortaq layihəsi: "Ulduz"lu görüşlər" keçirildi - FOTOLAR
Azərbaycan Dövlət Pedaqoji Universitetində "Ulduz"lu görüşlər"in ilk tədbiri keçirilib.
"Ulduz" ədəbiyyat dərgisi və "Xalq qəzeti"nin ortaq layihəsi çərçivəsində keçirilən tədbirdə "Ulduz" ədəbiyyat dərgisinin baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəs, Xalq qəzetinin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov, Azərbaycan Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Xalq artisti Eldost Bayram, Filologiya fakultəsinin dekanı, dosent Könül Həsənova və "Ulduz" jurnalının əməkdaşları, yazıçı Təranə Vahid, şair Taleh Mansur, eləcə də universitetin tələbə, müəllim heyəti iştirak edib.
Təbdiri giriş nitqiylə açan Qulu Ağsəs, təhsil ocaqlarında silsilə görüşləri nəzərdə tutan layihə haqda geniş məlumat verərək, görüşün təşkili üçün universitet rəhbərliyinə, həmçinin Mahirə xanıma minnətdarlığını bildirib. Ardınca söz Mahirə Hüseynovaya verilib. Mahirə Hüseynova qonaqları salamlayaraq, bu kimi görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb, "Ulduz" ədəbiyyat dərgisi ilə təmsil etdiyi təhsil ocağının əməkdaşlığı çərçivəsində görülən işləri diqqətə çatdırıb. Eldost Bayram öz növbəsində gələcəyin müəllimlərinə tövsiyə və məsləhətlərini ifadə edib, onalara uğurlar arzulayıb.
Eldost Bayramın ifasında Mahirə Hüseynovanın "Gedək uzaqlara" şeiri alqışlarla qarşılanıb. Əflatun Amaşov çıxışında milli-mənəvi dəyərlərə diqqət çəkərək, bu yolda gənclərin məsuliyyətli olmasını tövsiyə edib, mütaliə mədəniyyətinin qorunub-saxlanılmasının əhəmiyyətini qeyd edib. Filologiya fakultəsinin dekanı Könül Həsənova tədbirin təhsil ocağının müəllim, tələbə heyəti üçün xüsusi əhəmiyyət kəsb etdiyini, bu kimi təbdrilərin davamlı olmasını bildirib. Yazıçı Təranə Vahid və şair Taleh Mansur öz çıxışlarında ədəbi gəncliyin tribunasına çevrilmiş "Ulduz" jurnalının tarixi və bu günü ilə bağlı məlumat verərək, yaradıcılıq qabiliyyəti olan gəncləri əməkdaşlığa dəvət ediblər. Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tələbələrin ifasında Qulu Ağsəsin şeirlərindən ibarət nümunələr səsləndirilib . Sonda "Ulduz" jurnalının və "Xalq" qəzetinin seçilmiş sayları hədiyyə olaraq tələbələrə təqdim edilib, xatirə fotosu çəkilib.
Digər Xəbərlər
11 Dekabr 2025 18:18
Əbədiyyətə Dönüşmüş Ömrün Azərbaycançılıq Fəlsəfəsi
11 Dekabr 2025 10:06
Melodiyanın içində qalan uşaq - Anamın səsi, qəlbimin taleyi
11 Dekabr 2025 08:34
Şəlalə Camal: Sevən qəlbim… yazıq qəlbim…
10 Dekabr 2025 14:02
“O kitablar dilimizə tərcümə olunmasa, dilimizi qoruya bilməyəcəyik”
09 Dekabr 2025 20:51
Leyla Əliyeva Bəhram Bağırzadənin kitabının təqdimatına qatıldı - FOTOLAR
09 Dekabr 2025 11:55
Boz ömürlü aktyor- Əntiqə Kərimzadə yazır...
08 Dekabr 2025 14:11
“Müsabiqəni ədalətli təşkil edə bilmirlər...”
08 Dekabr 2025 12:51


Bakı -°C

