"Ulduz" dərgisinin və "Xalq qəzeti"nin ortaq layihəsi olan "Ulduz"lu görüşlər" davam edir
Xalq qəzeti Tv-nin informasiya dəstəyi ilə gerçəkləşən layihənin ilk görüşü Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor, tələbə, müəllim heyəti ilə keçirilib.
Növbəti görüş Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecində reallaşıb. Görüşdə "Ulduz" jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs, baş redaktor müavini, yazıçı Təranə Vahid, şöbə redaktorları şair Dayandur Sevgin və Taleh Mansur, eləcə də Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza iştirak ediblər. İlk öncə qonaqları təhsil ocağının direktoru, h.f.d dosent Davud Davudov qəbul edib.
Səmimi söhbətdən sonra kollecin akt zalında görüşün əsas hissəsi baş tutub. Kollecin direktor müavini t.f.d Murad Muradov görüşü açaraq, qonaqları 90 illik tarixə malik təhsil ocağında görməkdən məmnunluğunu dilə gətirdi.
Görüş zamanı Qulu Ağsəs, Xəyal Rza, Dayandur Sevgin və Taleh Mansur öz fikirlərini bölüşdülər, şeirlərini səsləndirdilər. Yazıçı Təranə Vahid tələbələrə öz tövsiyə və məsləhətlərini verdi, onları maraqlandıran sualları cavabladı. Səmimi ortamda keçən görüşün sonunda tələbələrə "Ulduz" jurnalının müxtəlif sayları hədiyyə edildi, xatirə fotosu çəkildi. "Ulduz"lu görüşlər" yeni ildə, yeni ünvanlarda keçiriləcək.
Digər Xəbərlər
17 Yanvar 2026 12:04
“İrandakı etirazlar ona görə inqilab şəklini ala və nəticəyə çata bilmədi ki...”
15 Yanvar 2026 18:32
FƏDAKAR ALİM ÖMRÜ
15 Yanvar 2026 11:05
"Azərbaycan xalqını çox yükləyiblər lazımsız ideya və fikirlərlə..."
15 Yanvar 2026 10:31
Nəğməli ürək - Həzi Həsənli yazır
14 Yanvar 2026 11:01
Axrınıza çox az qaldı, mollalar! - Murad Köhnəqala yazır
13 Yanvar 2026 12:43
“Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib - FOTOLAR
13 Yanvar 2026 12:20
"Boğaza yığılmışıq" - Anardan SƏRT AÇIQLAMA: AYB-dən çıxarılacaqlar
13 Yanvar 2026 11:15


Bakı -°C

