Bəhmənlinin şagirdləri...
Mən istedadlı şagird, istedadlı tələbə görəndə çox sevinirəm.
Düşünürəm ki, bu uşaqlar vətənin ən qiymətli sərvətidir! Bundan gözəl nə ola bilər?! Füzuli rayonunun Ehtiram Piriyev adına Böyük Bəhmənli tam orta məktəbində də belə istedadlı şagirdlər çoxdur. Belə ki, məktəbin onlarla məzunu ən yüksək nəticə qazanaraq müxtəlif ali məktəblərə qəbul olub. İndi isə məktəbin şagirdləri Fənn Olimpiadasında böyük uğurlara imza ataraq yarımfinala yüksəliblər.
Heç şübhəsiz, onların arasında finala çıxan və birinci yerə çıxanlar da olacaq. Əsas odur ki, Fənn Olimpiadasında iştirak edən şagirdlər elmin yollarında inamla addımlayırlar. Əlbəttə, təhsildəki uğurların əldə edilməsində şagirdlərlə yanaşı, müəllimlərin əziyyəti böyükdür! Məktəbin direktoru Solmaz Qənimətli gənc olmasına baxmayaraq, çox istedadlı, savadlı və yaradıcı bir ziyalıdır.
O, az bir zaman kəsiyində kollektivdə sağlam mühit yaradıb və yüksək nizam-intizam bərpa edib. Elə məktəbin də təhsildə uğurla bu dəyərlərlə bağlıdır! Daim yeniliyə can atan, ən müasir texnologiya və metodu məktəbə gətirən məktəbin uğurları bundan sonra da bol olacaq!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
24 Avqust 2026 19:16
169 nəfər müsabiqədənkənar tələbə oldu
24 Avqust 2026 19:05
Universitetlərə ixtisas seçiminin nəticələri ELAN OLUNDU - YENİLƏNİB
24 Avqust 2026 10:58
Magistraturanın boş qalan yerlərinə qəbul üçün ixtisas seçimi başlayıb
21 Avqust 2026 19:10


Bakı -°C

