Təzə çörəyə köhnə çörək qatırlar...
Uzun müddətdir ki, biz Sumqayıt şəhəri , Sülh küçəsi, 76-çı məhəllə, 10 D ünvanda yerləşən Çörək Zavodunun istehsal etdiyi 700 qramlıq və 1 manat 5 qəpiyə satılan kömbə çovdarlı çörəkdən istifadə edirik.
İnsaf naminə deyək ki, digər qara çörəklərlə müqayisədə bu çörəklər daha keyfiyyətlidir. Amma təəssüflər olsun ki, həmişə belə olmur. Belə ki, yanvarın 10- da Yeni Günəşlidə " Ballı market" dən aldığımız çörək keyfiyyətli çıxmadı. Çörəyə istehsal zamanı köhnə çörək qatılıb.
Qatqının şəklini də çəkdik ki, qoy, əlimizdə faktımız olsun! Təbii ki, bu cür qanun pozuntusu istehsalçının nüfuzuna xələl gətirməklə, istehlakçıları da narazı salır. Burdan belə bir məntiqi nəticə çıxır ki, bu müəssisədə tapşırılan işə laqeyd yanaşan, məsuliyyətsiz işçilər var.
Bəs onda zavodun rəhbərliyi,texnoloqlar və ayrı- ayrı mütəxəssislər hara baxırlar?! Qoy, bu suala da onlar özləri cavab versinlər ki, təzə çörəyə köhnə çörəyi nə görə qatıblar! Hansı ki, mövcud qanunla köhnə çörək mağazalardan qaytarılandan sonra istehsaldan da çıxarılmalıdır!
Emil Faiqoğlu
Digər Xəbərlər
21 Avqust 2026 17:52
"“Bolt”a minməyin, fırıldaqçıdılar" - Cahangir Novruzov
21 Avqust 2026 17:27
“Bu dəfə ağır nəticənin qarşısını digər sürücünün ehtiyatlı davranışı aldı”
21 Avqust 2026 17:11
ADY sürücü və piyadalara müraciət etdi
21 Avqust 2026 15:00
Son iki ildə Dövlət Məşğulluq Agentliyi hansı mühüm uğurlara imza atıb?
21 Avqust 2026 14:51
“Samuxda qarayaraya yeni yoluxma halları qeydə alınmır” - Səhiyyə Nazirliyi
21 Avqust 2026 14:00
Elektron sənəd qəbulunun müddəti uzadıldı
21 Avqust 2026 13:42
Sosial yardımların veriləcəyi tarix məlum oldu
21 Avqust 2026 13:30


Bakı -°C

