Yolun düşsə, bu dünyaya bir də gəl!..
... 44 günlük İkinci Qarabağ savaşında böyük qəhrəmanlıq və şücaət göstərmiş, Füzulinin və Cəbrayıl rayonlarının azad edilməsində mərdliklə döyüşən tank komandiri, şəhid Elçin Tehran oğlu Süleymanov barəsində çox unikal , qeyri-adı sənədli film çəkilib.
Film belə adlanır:" Yolun düşsə, bu dünyaya bir də gəl!.." Film şəhid Elçin Süleymanovun döyüş yoluna həsr edilib. Və bir- birindən maraqlı epizodlar var! Filmdə Elçinin təhsil aldığı Füzuli rayonunun Allahyar Əliyev adına 2 nömrəli tam orta məktəbin direktoru Həsən Rzayev, ibtidai sinif müəlliməsi, indi isə təqaüddə olan ( eləcə də mənə dərs demiş) Həqiqət Rzayeva, Azərbaycan dili və ədəbiyyat müəlliməsi Zöhrə xanım, əmisi Hacı Təbriz, anası Xalidə, qardaşı Telman, bacısı Nübar, sinif yoldaşları və döyüş dostları xatirələrini danışıblar.
Şəhidin anası Xalidə xanımın Elçin haqqında göz yaşları içində danışdığı xatirələr isə adamın ürəyini para - para edir. Şəhidin qızı balaca Xalidə isə atasının üzünü görməsəm də hələ də onu sağ bilir və hər gün Elçinin evdəki muzeyinə ayaq basanda atasının qoxusunu hiss edir! Xalidə sonda " Azərbaycan əsgəri" marşını ifa edir və bütün şəhidlərə sanki yeni nəfəs verir.
Şəhid Elçin Süleymanovun atası bu ayrılığa dözə bilmədi və ötən il fevralın 18- də oğluna qovuşdu. Hər ikisinin yeri Cənnət olsun və onların məzarından bu gün Cənnət ətri gəlir! Və Qarabağın hər dağında - daşında , hər gülündə - çiçəyində, hər yolunda- izində onların səsi, nəfəsi, ətri hiss olunur. O şəhid ruhları həmişə bizimlədir! Bütün şəhidlərin ruhundan öpürəm!!!
Emil Faiqoğlu