Dünya, səndə nəyim qaldı?.. - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
218 | 2025-02-09 12:57

  İnsan yaşlaşdıqca  ürəyi uşaq ürəyi kimi olur, hər şeyə, hətta düşmənin ölümünə belə kövrəlir...

Dünyada o qədər, şahlar, xaqanlar,  prezidentlər, milyarderlər... olub kl! Onlardan bu dünyada nə qalıb! Əlbəttə, elədikləri  yaxşılıqlar qala bilər... Əgər onu da eləyiblərsə... Çünki əksər şahlar, xaqanlar ölkələri işğal eləməklə, insanlara əzab, zülm və işgəncə  veriblər, günahsız adamları dar ağacından asdırıblar!..

O ölkələrin, o məmləkətlətin varın, dövlətin,  sərvətin dasıyıb aparıblar. Gözləri yenə doymayıb... İş o yerə çatıb ki,  işğal elədiklərı  məmləkətin  gözəl qızlarını və qadınlarını da  zorla  aparıblar. Bax bunu Allah götürməyib.Və  belə zalım, zülmkar şahlar  taxt- tacı ilə bir yerdə Allahın qəzəbinə  gəlib, məhv olub. Fironun taleyi o birilərinə dərs olmayıb. Bu gün də  Fironluq eləyən dövlət başçıları, prezidentlər var! Yüz faiz əminəm; onların da taleyi  Firon kimi olacaq. Sadəcə olaraq hər şeyin zamana  ehtiyacı var.

Və zaman ən böyük hakimdir...    Bizim də ömrümüzün qürub çağıdır. Gərək mədiməzar yox, yaxşı , əməli-saleh  işlərlə məşğul olaq. Yəni Allahın qoyduğu, dediyi yolla gedək. Mərhəmətli, ədalətli və Allaha yaxın insanlar ölümdən qorxmur, yaradan onlara gözəl ölüm qismət eləyir. Amma zalım, zülmkar insanlar  ölümdən  bərk qorxur, axırda da it kimi ölürlər. Belələrinə insanlar rəhmət oxumur, lənət yağdırır...      

 Hərdən mən də  öz- özümə hesabat verirəm: dünya, səndə nəyim qaldı? Nə qalacaq? Şirin- şirin xatiərim... Allaha və insanlara olan böyük sevgim... heç kimin haqqına girməməyim... paxıllıq etməməyim... qiybət qırmamağım... Dünya və Allah insanlara vəzifəsinə, var- dövlətinə görə yox, əməlinə görə  dəyər verir.  Onu da bilirəm ki, mən öləndə  , hətta məndən xoşu gəlməyən adamlar da deyəcək:"Rəhmətlik halal, ədalətli,səmimi və düz insan idi". Halal, düz və təmiz adam olmalısan ki, o dünyaya bir şey  aparasan...

  • Fevral:
  • 7

TƏQVİM / ARXİV