Sabah bu ərazilərə qar yağacaq - PROQNOZ
Fevralın 15-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumta verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüzdən tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.
Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Digər Xəbərlər
13 Mart 2026 13:59
Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb
13 Mart 2026 12:55
Azərbaycan bu xəstəlikdən azad ölkə statusu aldı
13 Mart 2026 12:19
Bakıda sökülən bu evlərə fərqli kompensasiya verilməsi təklif olunur
13 Mart 2026 11:57
İndiyə qədər azad olunmuş ərazilərin bərpasına 25,5 milyard manat ayrılıb
13 Mart 2026 11:12
Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır
12 Mart 2026 19:48
Polis həmişə olduğu kimi dövləti və xalqı qoruyur...
12 Mart 2026 13:31
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - 600 manatadək....
12 Mart 2026 13:20


Bakı -°C

