14 Fevral 2025 20:34
113
AVTOMABİL

104 nömrəli avtobuslar bərbad vəziyyətdədir...

Metronun " Koroğlu" stansiyasının yaxınlığından " Həzi Aslanov" a  qədər hərəkət edən 104 nömrəli marşrutda birmənalı olaraq deyə bilərik ki,  bu avtobusların hamısı fiziki və mənəvi cəhətdən köhnəlib. Başqa sözlə demiş olsaq, həmin avtobuslar istismar müddətini çoxdan başa vurub. İkincisi də , avtobuslarda oturacaqlar sınıq- salxaq və bərbad vəziyyətdədir.

Ona görə də, sərnişinlər marşrutun xidmətindən çox narazıdır.Bununla yanaşı, avtobusların salonu  çirkli olur, antisanitariya hökm sürür. Çox təəssüf ki, daşıyıcı şirkət mövcud nöqsanları aradan qaldırmır, əksinə onlar çatışmazlığı göz yumur

 Bakıda bərbad vəziyyətdə olan belə marşrutlar kifayət qədərdir.Ona görə də Yerüstü Nəqliyyat Agentliyi bu məsələləri nəzarətdə saxlamalı,bərbad vəziyyətdə olan  marşrutu alıb, daha işgüzar şirkətə verməlidir.Təbii ki,  yeni şirkət isə marşruta müasir, yeni avtobuslar buraxmalıdır ki, sərnişinlərə xidmətin  keyfiyyəti yüksəlsin, insanlar onlardan  razı qalsın!

Emil Faiqoğlu