Texniki cəhətdən nasaz avtomobillərlə yola çıxmayın
Bizim ölkəmizə qar o qədər də çox yağmır. Amma yağanda da , istər- istəməz müyyən fəsadlar qaçılmaz olur.
Bu mövcud problemlərin qarşısı isə vaxtında alınmalıdır ki, insan ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verməsin. Əlbəttə, bunun üçün yol polisi, sürücülər, hərəkət iştirakçıları bir- birini başa düşməli, anlamalı, bir sözlə, qanunlara hörmətlə yanaşmalıdır. Qarlı havada bəzi qəzalar avtomobillərin texniki cəhətdən nasazlığından baş verir. Çünki bəzi təcrübəsiz sürücülər maşınları qış mövsümünə uyğun hazrlamır, şinləri dəyişmir və digər texniki göstəricilərə barmaqarası yanaşır.
Aydındır ki, bu da qəzalara münbit şərait yaradır. Xüsusilə də respublika əhəmiyyətli yollarda hərəkət edərkən bu şərtlərə əməl etmək daha vacibdir. Bu soyuq qıs günlərində necə- necə avtomobil nasaz olduğuna görə yollarda qalıb və həmin avtomobillər yol polisinin köməkliyi ilə yol hərəkət hissəsindən götürülüb.
Baş Dövlət Yol Polisi İdarəsinin avtotexniki müfəttişlik şöbəsinin rəisi, polis polkovniki Xalid Əzimov bizimlə söhbətində bildirdi ki, nəqliyyat vasitələrinin texniki sazlığı qarlı havada daha böyük önəm kəsb edir. Çünki heç kimə sirr deyil ki, bəzi avtomobil sürücüləri qış mövsümünə uyğun nəqliyyat vasitələrini hazırlamır, üstəlik də şinlər yay hava şəraitinində olur. Belə təkərlərlə onlar qarlı, sürüşkən yollarla hərəkət edərkən qəzalar qaçılmazdır.
Bununla yanaşı, avtomobilin intensiv hərəkət etdiyi yolda bir nasaz avtomobili sıradan çıxıb yolda qalırsa, digər avtomobillər üçün qəza şəraiti mövcud olur və hətta bu zaman zəncirvari qəzaların da olmaq ehtimalı var. Bax , buna görə də bir daha sürücülərə tövsiyə edirik ki, yollar buz bağlayanda nasaz avtomobillərə yola çıxmasın və digər nəqliyyat vasitələri üçün təhlükə yaratmasınlar!
Emil Faiqoğlu
Digər Xəbərlər
20 Yanvar 2026 23:46
Bu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO
20 Yanvar 2026 13:18
Ötən il Azərbaycanda 4 038 ədəd minik avtomobili istehsal olunub
20 Yanvar 2026 09:33
Bəzi avtobuslar fərqli yollarla hərəkət edir
18 Yanvar 2026 08:45
Bakıda avtosalon parklanma yerlərini zəbt etdi - VİDEO
12 Yanvar 2026 10:49
DYP-dən sürücülərə təkər şinləri ilə bağlı xəbərdarlıq
12 Yanvar 2026 08:18
Bakı həftəyə tıxaclarla başladı - SİYAHI
11 Yanvar 2026 17:06
Azərbaycanda bu avtomobillərin qiyməti 3 min artdı - VİDEO
09 Yanvar 2026 14:53


Bakı -°C

