At və eşşək əti
Dünyanın bir çox ölkələri var ki, orada at və eşşək əti bəh- bəhlə yeyilir və ona matah mal kimi baxırlar.
Bununla yanaşı, eşşək əti və eşşək südü bir çox xəstəliklərin dərmanıdır. Biz uşaq olanda göy öskürək tutmuşduq və Hidayət həkim nə qədər dərman yazdı, hamısını qəbul eləsək də, amma öskürəyimiz kəsmədi. Axırda rəhmətlik anam Yüsür kişigilə gedib,eşşək südü aldı və bizə dedi ki, inəyimizin südüdür, için! Biz də üç qardaş o südü içdik və sağaldıq.
Deyirlər ki, bu gün bir litr eşşək südünü 50 manata satırlar. Çünki o, min bir dərdin dərmanıdır. Bizdə də , at və eşşək ətinin satışı qadağan edilməyib. Sadəcə olaraq Orta Asiya ölkələrində həmin ətin üstünə yazılır ki, bu, satılan ət at və eşşək ətidir. Bizdə isə at və eşşək ətinin dana , inək əti altında satırlar. Özü də xəstə heyvanları.
Bu isə birmənalı olaraq qanun pozuntusudur. Və işi görən adamlar inzibati və cinayət məsuliyyəti daşıyırlar!Ona görə də at və eşşək əti satanlar onu öz adı ilə satışa çıxarmalıdırlar. Üstəlik də satışa çıxarılan at və eşşək əti sağlam olmalıdır. Təbii ki, belə hər şey aydın olanda kimin ürəyi həmin ətdən istəyirsə, ala bilər!
Emil Faiqoğlu
Digər Xəbərlər
08 Oktyabr 2026 09:21
İt vergisindən 430 milyon qazanıblar
08 Oktyabr 2026 09:12
Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
07 Oktyabr 2026 09:30
Yataraq 2 milyon qazandı
07 Oktyabr 2026 07:48
Evliliyin sonunu toy günündəcə xəbər verən 8 əlamət
06 Oktyabr 2026 08:51
Xəzər dənizinə necə düşüb? - Qeyri-adi tapıntı mütəxəssisləri çaşdırdı
06 Oktyabr 2026 07:44
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
06 Oktyabr 2026 07:43
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
06 Oktyabr 2026 07:42


Bakı -°C

