“Qlobal Bakı Forumu hazırki mürəkkəb şəraitdə ümid yaradan platforma kimi qəbul olunur”
Qlobal Bakı Forumu bu dəfə də aktual məsələlərin müzakirəsi ilə yadda qaldı. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan sayca 12-ci forumda bu dəfə də nüfuzlu siyasətçilər, fəaliyyətdə olan və ya sabiq dövlət, hökumət başçıları iştirak etdi. İlbəil əhatə dairəsi genişlənən Foruma artan maraq həm də Nizami Mərkəzinin nüfuzunun göstəricisidir. Açılışı niqtində cənab Prezdent də bəyan etdi ki, Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib.
Dövlət başçımız bu xüsusda Beynəlxalq Mərkəzin üzvlərinin Azərbaycanda ötən ilin noyabrında keçirilmiş COP29 tədbirində fəal iştirakını xüsusi qeyd etdi. Nizami Mərkəzi həqiqətən də Bakı COP-a verdiyi töhfələrlə yadda qaldı. Ölkəmizə qarşı qərəzli qarayaxma kampaniyalarına rəğmən COP 29 “Bakı sıçrayışı” kimi tarixə düşdü.
Qlobal Forumda Azərbaycan Prezidenti çox vacib mesajlar verdi. Bəyan etdi ki, qərəzli qüvvələrin əsas narahatlığı Cənubi Qafqazda öz milli maraqlarını qoruyan, “bəli, cənab” deməyən ölkənin qətiyyəti idi. Bununla belə, suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişə bilmədilər.
Qlobal Forumda həm də Azərbaycanın Cənubi Qafqazda sülh prosesilə bağlı təşəbbüsləri bəyan olundu. Ermənistanın pozucu fəaliyyətinə dair reallıqlar bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.
Son 5 ildə regionda yaranmış yeni reallıqlara gəlincə, bu, 2020-ci il Azərbaycanın ədalət, beynəlxalq hüquq və ləyaqət mübarizəsinin nəticəsində mümkün oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələri icra edildi. Ölkə başçısı da bildirdi ki, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz.
Postmünaqişə reallıqlarına gəlincə, bəzi Avropa bürokratlarının məqsədli şəkildə Ermənistanı sülh göyərçini kimi təqdim etməsi qlobal forum iştirakçılarının diqqətinə çatdırıldı.
Forum iştirakçıları çoxtərəfli dialoqa sadiqlik nümaiyiş etdirərək, Qlobal Bakı Forumunun hazırki mürəkkəbə şəraitdə, gərgin çağırışlar fonunda ümid yaradan bir platforma kimi qiymətləndirdilər.
Həm siyasi böhran, həm də iqtisadi tənəzzüldən əziyyət çəkən dünya bu sınaqlardan çıxmağın yollarını axtarır. Bakı Qlobal Forumunda aparılan müzakirələr həm də bu prosesə töhfə kimi dəyərləndirilə bilər.
Azərbaycan da forumun ev sahibi kimi əməkdaşlıq və dialoqa sadiqliyini bir daha nümayiş etdirmiş oldu.
Könül Nurullayeva,
Millət vəkili
Digər Xəbərlər
16 Dekabr 2025 17:51
YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə - FOTOLAR
16 Dekabr 2025 17:05
Elçin Əmirbəyov: 2025-ci il Cənubi Qafqaz üçün tarixi bir mərhələ idi
16 Dekabr 2025 16:52
Məşhur Məmmədov: "İlham Əliyevin amnistiya təşəbbüsü minlərlə ailəyə ümid və sevinc bəxş edəcək"
16 Dekabr 2025 16:14
Ərdoğan: Azərbaycan və Ermənistan sülh imzalamağa yaxındırlar
16 Dekabr 2025 15:48
"Qara bazarın formalaşmasına qarşı ciddi mübarizə aparılmalıdır" - Komitə sədri
16 Dekabr 2025 15:20
"Bu vərdiş sonradan siqaret və narkotikə keçid üçün əsas yarada bilir" - Deputat
16 Dekabr 2025 14:57
Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə görüşdü
16 Dekabr 2025 13:26


Bakı -°C

