"Manıs" lar bol olarsa...
Özəl televiziya kanallarında hər gün at oynadan " manıs" lar ağızlarını açan kimi toydan danışırlar. Sanki toy onların havası- suyudur. Elə belə baxanda toy onların həyatıdır.
Çünki onlar hansı televiziya kanalında olurlarsa, sənətdən yox, toydan danışırlar. Yazıqlar neyləsinlər, səsləri var ki, sənətdən söbhət açsınlar. Yagışdan sonrakı köbəlik kimi, onların sayı- hesabı yoxdur.Onları da cəmiyyətə tanıtdıran özəl televiziyalardır. Əgər sovet dönəmi olsaydı, indi at oynadan " manıs" ların doxsan doqquz faizi efirdə ola, bilməzdi.
Ümumiyyətlə, özəl televiziya kanalları mədəniyyətimizə, musiqimizə ermənilər qədər ağır zərbə vurub.İndi efirlərdə Rəşid Behbudov, İslam Rzayev, Şövkət Ələkbərova, Sara Qədimova, Tükəzban İsmayılova deyil, səsi və istedadı olmayan Şəbnəm Tovuzlu, Nəfəs, Vəfa Şərifova, Damla təbliğ olunur. Çünki bu toy müğənnilərinin pulları var, amma sənətləri yoxdur.
Və Qəribəsi odur ki, bu toy müğənnilərı özləri o korifey sənətkarları tanımırlar. Hələ biz gənclərimizi demirik ha! Əksər gənclərimiz o böyük sənətkarımızı tanıya bilmir. Onları qınamalı deyil, çünki özəl televiziyalar bu dahiləri bir dəfə olsun belə yada salmır. Bax belə! " Manıs"lar bol olarsa, sənətkarlar yaddan çıxar!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
09 Oktyabr 2026 14:19
İranlı rejissor Handeni baş rol seçdi
08 Oktyabr 2026 19:27
Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü
08 Oktyabr 2026 15:30
Rövşanə Ağasəfqızının yeni işi bəlli oldu
07 Oktyabr 2026 14:50
Aqşin Fatehə ağır itki üz verdi
07 Oktyabr 2026 13:10
Aparıcı: “Tamaşaçı üçün o zaman maraqlı olursan ki…”
07 Oktyabr 2026 11:50
Aşıq Zülfiyyə: “Adi zarafata görə pis sözlər yazırlar”
07 Oktyabr 2026 11:22
Şəbnəm Tovuzlu: “Zəhmətkeş olmağım hər kəsə bəllidir”
07 Oktyabr 2026 07:44


Bakı -°C

