Hər adama müəllim demək olmaz...
İndi hər yerindən duran adama müəllim deyirlər.İnanmırsız?! Hətta çobana müəllim deyirlər... Naxırçıya müəllim deyirlər... Sürücüyə müəllim deyirlər...Qəssab da müəllim deyirlər...
Bircə müəllimə müəllim deməyə çoxunun çanı çıxır. Bir kimi qardaş var, iki eşşəyin arpasını bölə bilmirlər. Amma bəxtləri gətirib şirkət açıblar və yaxşı da pul qazanırlar. Qazansınlar ey, sağlıqlarına qismət! Ancaq onlar da işçilərinə deyir ki, qardaşlara müəllim desinlər. Və müəllim demək istəməyəni işdən qovurlar.
Hansı ki, tərcümeyi-halını yaza bilmirlər. Müəllim adı çox müqəddəsdir, lakin bəzi müəllimlər və cəmiyyətin cahil üzvləri bu adı hörmətdən salıblar.İnsanlar harda pullu, imkanlı adamlar görürlər ona müəllim deyirlər. Ümumiyyətlə, müəllim sözü müraciət forması olmalı deyil. Bunun üçün dilimizdə kifayət qədər sözlər var:bəy deyə bilərik... yoldaş deyə bilərik... qardaş deyə bilərik... soy adını deyə bilərik... Və rəsmi olsa da , vətəndaş da demək olar...
Təki müəllim adına hörmətlə yanaşaq və hər yerindən duran müəllim deməyək. Yadıma bir hadisə düşdü: bir polis polkovniki deyir ki, qəbuluma gələn vətəndaş mənə müəllim deyə müraciət edirdi. Bir təhər dözdüm , axırda səbrimi başa bilmədim.
Dedim ki, vətəndaş, müəllim məktəbdə olur. Bura polis idarəsidir, mənə ya rəis de, ya da polkovnik! Hər peşə sahibinə öz adı ilə müraciət edəndə daha gözəl olur. Və o cümlədən, müəllimə!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
27 Dekabr 2025 13:05
LDU-da “Yeni il karnavalı” - FOTOLAR
25 Dekabr 2025 17:37
Müəllimlərin NƏZƏRİNƏ: sertifikasiya imtahanının mövzu və sualları məlum oldu
25 Dekabr 2025 12:17
Bakıda fərdi təhsil alan şagirdlərin sayı açıqlandı
24 Dekabr 2025 10:21
İsmayıllıda yerləşən qaçqın və məcburi köçkün məktəbin statusu dəyişdirilib
23 Dekabr 2025 14:42
Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası istifadəyə verildi
23 Dekabr 2025 14:15
Köməkçi vasitələrlə imtahana girənlərdən 9-un nəticəsi ləğv edildi
23 Dekabr 2025 10:17
47 mindən çox şagirdin elektron sistemlə yerdəyişməsi aparılıb
20 Dekabr 2025 15:00


Bakı -°C

