GƏNCLƏRLƏ GÖRÜŞ

07 may 2025-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində İttifaqın Sədri Hacı İsmayılovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə görüşü keçirilib.
«Heydər Əliyev və mədəniyyət» mövzusunda keçirilən görüşdə Xalq artisti Hacı İsmayılov, Sədr müavini, Əməkdar artist Azad Şükürov, İttifaqın əməkdaşları və gənclər iştirak edib.
Hacı İsmayılov gəncləri salamladıqdan sonra ekranda Ulu Öndərin teatr xadimləri ilə görüşlərini əks etdirən videogörüntü əks olunub.
Hacı İsmayılov Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin yüksəlişi və xalqın xoş gələcəyi naminə fəaliyyətindən, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan, onunla canlı görüşlərindən danışıb.
Səmimi şəraitdə keçən tədbirdə Hacı İsmayılov Azərbaycan mədəniyyətinin, onun həssas qolu olan teatr sənətinin bu günündən, yeni yaradıcılıq işlərindən söhbət açıb, gənclərin suallarını cavablandırıb. Sonda xatirə şəkli çəkilib.
Digər Xəbərlər

Ankarada Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə konsert keçirilib

Bakıda Xalq şairi Rəsul Rzanın ev-muzeyi açılıb - FOTOLAR

Arzu Əliyeva rəsm qalereyasında iştirak edib - FOTOLAR

Türkiyə 25 tarixi məkana gecə ziyarətləri üçün qapı açır – FOTOLAR

Liderlər “Laçınım”ı dinlədilər - VİDEO

Bakı Xoreoqrafiya Akademiyasında Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib

Türkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi, “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır- FOTOLAR
