Hər fəsildə balıq yemək olar...
Bunu biz demirik. Bunu bu sahə üzərə olan mütəxəssislər deyirlər.
Onlar deyirlər istənilən fəsildə balıq yemək mümkündür. Yetər ki, o balıq təzə olsun.El dilində demiş olsaq, lap yayın lap istisində çaydan, göldən , dənizdən həmin an çıxarılan balıq çox dadlı olur və onu yemək heç bir təhlükə yaratmır. El arasında onu da deyirlər ki, adətən balıq payız- qış mövsümündə yeyilir. Bəzi köhnə balıqdan qışda və payızda da zəhərlənmək olur.
Bu sahə üzrə mütəxəssis Akif Əlizadə deyir ki, düzdür, soyuq aylarda balıq daha çox istehlak olunur, amma bu o demək deyil ki, isti aylarda balıq yeyilməməlidir. Avropa ölkələrində, elə qardaş Türkiyədə ilin bütün aylarında restoran və yeməkxanalarda insanlara balıq təklif olunur və onu da hamı ləzzətlə yeyir.Görünən odur ki, bizim ölkədə belə bir təsəvvür yaranıb ki, balığı , ancaq soyuq aylarda yeyərlər.
Təbii ki, bu da, yanlış düşüncədir. Əgər balıq təzədirsə və o, yaxşı təmizlənibsə, ən isti ayda belə həmin məhsulu yemək qorxulu deyil. Qorxulu odur ki, balıq köhnə olmasın.Deməli, burdan belə bir məntiqi nəticə çıxır ki, istənilən ayda balıq yemək olar və onun heç fəsadı yoxdur!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
22 Iyul 2026 15:41
Uşağın tək oynaması normaldırmı? – Səhiyyə Nazirliyinin psixoloqu valideynlərə tövsiyə verir
20 Iyul 2026 13:06
TƏBİB-dən yeni idarəetmə fəlsəfəsi - Tullantıların daşınmaması ciddi narahatçılıq doğurur
17 Iyul 2026 17:29
Bu mikroblara - DİQQƏT EDİN!
16 Iyul 2026 20:28
Lisenziyası ləğv olunan tibb mərkəzi işləməyə davam edir - "İnsanlara yazığımız gəlir" - VİDEO
16 Iyul 2026 15:32
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
15 Iyul 2026 18:01
Oturaq həyat tərzi ürək xəstəliyinə səbəb olur
14 Iyul 2026 13:19
“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib - FOTOLAR
14 Iyul 2026 10:39


Bakı -°C

