23 May 2025 09:06
108
SAĞLAMLIQ

Hər yerindən duran stomotoloq ola bilməz...

Heç kimə sirr  deyil ki,  bu gün ölkəmizdə qanuni və qanunsuz olaraq çoxlu sayda stomotoloqlar  fəaliyyət göstərir.

Təbii ki, belə bir durumda ilk ziyan dəyən həmin həkimlərin yanına  gedən insanlardır. O da , hamıya gün kimi aydındır bir çox stomotoloji  kabinetlərdə hepatitə tutulan  insanlar da az deyil. Bu da onunla əlaqədardır ki, həmin stomotoloji kabinetlərdə  gigiyenik - sanitariya qaydalarına əməl edilmir! Bəs buna şərait yaradan  hansı amillərdir?  

İlk növbədə savadlı stomotoloqların az olması, onların kabinetlərində  normal şəraitin  mövcud  olmamasıdır.Bir  çox  həkimlər  sertifikatsiya imtahanından keçsə də, stomotoloqlar bu imtahandan keçməyib. Amma buna böyük ehtiyac var.

Bir vaxtlar heç bir ixtisas sertfikatı olmayan  çoxlu sayda plastik cərrahlar aşkarlandı. O da aşkarlandı ki, belə dırnaq arası h kimlərin günahı üzdən onlarla pasiyent şikəst olub və bəzi insanlar dünyasın dəyişib. Bax stomotoloqlar da belə bir süzgəcdən  keçirilməlidir!Əgər bu addım vaxtında atılarsa, heç şübhəsz, savadsız  həkimlər də  azalar, stomotoloji kabinetlərdə hepatitlər baş qaldırmaz!!!

Emil Faiqoğlu