Bu itlərin axırı necə olacaq?
Sahibsiz itlərlər bağlı bu gün o qədər şikayət var ki, adam məəttəl qalır ki, hər gün insanlar hücum edib, onları tutan, parçalayan və bəzən ölmə səbəb olan bu itlər niyə zərərsizləşditilmir.
Əksinə itlərin hüquqlarını qoruyan var, amma inasanların hüquqlarını qoruyan yoxdur. İnsanlar bar- bar bağırırlar ki, bəs itlərin əlindən küçəyə çıxa bilmirik, uşaqlarımız məktəbə gedəndə qorxurlar. Çünki itlər tək balacalara deyil, həm də böyüklərə hücum edir, onları tutur və bəzən də ölümcül xəsarət yetirir. İnsanlar bu təhlükə ilə bağlı adiyyatı orqanlara , konkret olaraq İcra Hakimiyyətlərinə müraciət etsələr də, onlar problemi həll etmək əvəzinə başdan getdi cavablar verir və heç bir əməli iş görmürlər. Yəni onlar əhalini aldatmaqla məşğuldurlar.
Ona görə də, insanlar icra strukturlarının səmimiyyətinə inanmır, mövcud nöqsanlarla bağlı özləri çıxış yolları axtarırlar, ancaq onu da tapa bilmirlər! Ən yaxşi halda adiyyatı qurumlar o itləri aparıb peyvənd edir və yenidən küçələr buraxırlar.
Yəni vəziyyət dəyişmir və o itlər yenidən insanlar üçün təhükə mənbəyinə çevrilir. Təbii ki, buna da cəmiyyət birmənalı yanaşmır. El arasında belə söz söbət gəzir ki, insanlardan çox itlərin hüquqları qorunur.Bakının əksər yaşayış yerlərində sürü ilə gəzən itlər bu gün həqiqətən də insanlar üçün böyük təhlükədir. Xüsusilə də gecə və səhər saatlarında bu təhlükə bir qədər də artır!
Emil Faiqoğlu
Digər Xəbərlər
24 May 2026 17:15
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
24 May 2026 15:15
Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzini ziyarət etdilər - FOTOLAR
23 May 2026 23:36
Leyla Əliyeva Bakıda toyda iştirak edib - VİDEO
22 May 2026 11:32
Bu ərazilərə intensiv yağış yağır - FAKTİKİ HAVA
21 May 2026 21:19
Kəlbəcərdə qış turizm kompleksi yaradılacaq
21 May 2026 18:00
Bu şəxslərə kirayəyə görə hər ay 100 manat veriləcək
21 May 2026 15:40
Xankəndiyə güclü yağış, Xocalıya isə dolu yağdı - VİDEO
21 May 2026 15:18


Bakı -°C

