Dünyanın ən yaxşı adamı... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
116 | 2025-07-18 13:26

Məndən soruşsalar ki, dünyanın ən yaxşı adamı kimdi? Bu suala belə cavab verərdim: Vətənini sevən, onun yolunda ölümə getməyə belə hazır olan, Allahı sevən , yetimə- yesirə, kimsəsizə arxa duran, yıxılanı  qolundan tutub qaldıran, doğmalarının , dostunun ağır günündə yanında olan, bir tikə çörəyini dörd yerə  bölən insan dünyanın ən yaxşı adamıdı...

Nə yaxşı dünyamızda az da olsa, belələri var. Və Allaha and olsun ki, dünya yaxşı adamların çiynində dayanıb, yoxsa, onlar olmasaydı, pis adamlar dünyanı çoxdan  dağıtmışdılar...  Bax mənim uzun illərdir ki, tanıdığım Qubadlı rayonunun Yuxarı Mollu  kəndindən olan İlham Əliyev də belə əməli- saleh, vətənpərvər, dost canlı insanlardandır. Hər adamda olmayan mehribanlıq, səmimiyyət onda var. O, Qubadlının çox tanınmış, hörmətli,  zəngin keçmişi olan bir ziyalı ailəsindəndir.

Ağac bar gətirəndə başını aşağı dikdiyi kimi, İlham qardaşımızda nə qədər zəngin olsa belə, həmişə bir o qədər səda  və  səmimi olub. Harda işləməyindən və imkanlarından asılı olmayaraq, ancaq əlindən  kimlərə isə yaxşılıq eləmək gəlib. Onun üçün insanlıqdan  uca  zirvə olmayıb və hər vaxtda o zirvədə durub. Dünya şöhrətli filosof Diagen  gündüz əliçıraqlı  nə isə axtarırmış. Ondan soruşurlar ki, nə axtarırsan? Cavab verir ki, yaxşı insan axtarıram, amma tapa bilmirəm.

Bax İlham dostumuz da çətin tapılan yaxşı insanlardandır. Onun qədər vətənini,  xalaqını, dövlətini sevən çox az  adam tanıyıram. Çünki o həm Birinci Qarabağ savaşında, həm də İkinci Qarabağ döyüşlərində ordumuzun, əsgərlərimizin yanında olub. Onlara Maddi və mənəvi köməklik göstərib və bunlar barəsində də bir kəlmə danışmayıb. İşğal altında olan rayonlarımız azad ediləndən sonra  Zəngəzur da, Qubadlıda gedən tikinti işlərində  bir çox layihələrin həyata keçirilməsində öz töhfəsini verib. O , bu yerlərə ilk dəfə ayaq basanda , yeni vətənə gələndə özünü dünyanın ən xoşbəxt adamı  bilib.

Torpağın qoxusunu, Qubadlının havasını ciyərlərinə çəkəndə  dünyanın ən ağır yükü çiyinlərindən götürülüb. Bir iş adamı olaraq doğma  vətəni üçün əlindən gələni edib və bundan zövq alıb.  Dünyanın ən yaxşı adamı həm də  bütün türk dünyasını sevib. Və təsadüfi deyil ki,   professor Aygün Attar  türk dünyasına  olan böyük sevgisinə  görə, İlham Əliyevi  Mustafa Kamal Atatürkün  ildönümünə dəvət  edib. Və orda İlham qardaşımız Azərbaycanı təmsil edib.  

Elinə- obasına hər adam bağlı ola bilmir, amma dostumuz İlham müəllim tək Qubadlıya deyil, bütün Türk dünyasına bağlı olan bir ziyalıdır. Və həm də biz jurnalistlərin dostudur. Xəbərimiz olmadan Milli Mətbuat günündə redaksiyamıza gəlib , bizim hər birimizi təbrik edib. Bax , İlham qardaşımız  belə ürək  sahibidir. Əvvələr bizdə işləmiş Gülər xanım deyir ki, nənəmin yas məclisində gözlərimə inanmadım, iş yoldaşlarımızla yanaşı, İlham müəllim də gəlmişdi.  Elə bil ki, dünyanı mənə verdilər...      

... Bax , belə jesti hər adam etmir. Onu etsə- etsə dünyanın ən yaxşı adamı edə  bilər. Musa Yaqub da çox gözəl deyib:       Hardasız, hardasız, mələk adamlar, Hardasız, hardasız , çiçək adamlar? Bu şeytan adamlar, böhtan adamlar, Bu tıkan adamlar öldürər  bizi...

TƏQVİM / ARXİV