"Sülh istəyirsən, müharibəyə hazır ol" - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
85 | 2025-09-18 09:55

 Və ya, "müharibə istəyirsən, özünü "sülh göyərçini" libasında göstər"

Rusiya Ukrayna müharibəsi artıq 3 il yarımdır davam edir.  Dünyanın aparıcı dövlətləri özlərini elə aparırlar ki, guya bu müharibənin sülh yolu ilə başa çatmasının tərəfdarlarıdırlar. Ən azından belə bir imitasiya yaratmağa çalışırlar. 

 Başda Birləşmiş Millətlər Təşkilatı və onun baş katibi Qutteriş olmaqla, digər apatıcı dövlətlərin liderləri çoxsaylı bəyənatlarında, qanlı müharinbənin təcili dayandırılmasından, sülh danışıqlarına başlanılmasından dəm vuturlar, əslində  isə....

 Ən çox "sülh razılaşmasının vacibliyindən" danışan ABŞ, Avropalı tərəfdaşkarı ilə birlikdə yeni sxem çərçivəsində Ukraynaya silah verilməsi paketini müzakirə edirlər. Verilən xəbərlərə görə, Vaşinqton və Avropa dövlətləri Kiyevə silah-sursat göndərilməsi məsələsində razılıq əldə ediblər.

 Reuters agenliyinin məlumatına görə, Pentaqon rəhbərinin siyasıt məsələləri üzrə müavini Elbtic Kolbi bildirib ki, " Priority Ukraine Requirements List"- yeni mexanizm çərçivəsində Ukraynaya 500 milyard dollarlıq silah-sursat tədarük ediləcək. 

  Ukraynaya veriləcək 500 milyard dollarlıq silah-sursat, amerikanın ehtiyat fondundan ayrılsa da, guya maliyyə xərclərini  "daha çox sülh tərəfdarı olduğu üçün" ABŞ deyil, NATO-ya üzv dövlətlər ödəyəcək.  Məzərə alınsa ki, NATO-nun əsas maliyyə mənbəyi Birləşmiş Ştatlardı, alyansın büdcəsinin təxminən 70- 80 faizini ABŞ maliyələşdirir, digər üzv ölkələr isə alyansa simvolik maliyyə ayırırlar, onda belə çıxır ki, Ukraynsya göndəriləcək silah-sursatın pulunu dolauısı yolla yenə Birləşmiş Ştatlar ödəyəcək.

 Yəni, "sülh göyərçinlərinin" daha çox nəyin -sülhün, yoxsa müharibənin tərəfdarları olduqları mədələsinə  aydınlıq gəlir.  Bir tərəfdən dayanmadan atəşin dayandırılması çağrışları, digər tərəfdən müharibənin davam etdirilməsi üçün Ukraynaya külli miqdarda silah-sursat tədarükü...

 Adam çaş-baş qalır. Bunlar nə yeyib-içirlər? Səhər, dedikləri "atəşkəs", "sülh" çağırışlarını axşam təkzib edirlər, axşam səsləndirdikləri "müharibə" çağrışlarını səhər təkzib edirlər...

 Müharibə isə "qanlı axarı ilə" davam edir...

 

TƏQVİM / ARXİV