Tramp Baydenin prezidentliyi dövründən qalan avtomatik imzalı sənədləri ləğv etdi
ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin dövründə avtomatik qələmlə imzalanmış bütün sənədlərin etibarsız olduğunu elan edib.
Adalet.az xarici mediaya istinadla xəbər verir ki, bu sənədlərin qanunsuz imzalandığını iddia edən Tramp, Baydenə qarşı artan tənqidlər fonunda bu addımı atdığını bildirib.
Tramp bildirib ki, Co Baydenin yuxulu şəkildə avtomatik qələmlə imzaladığı sənədlərin təxminən 92 faizi hüquqi cəhətdən etibarsızdır və heç bir təsirə malik deyil.
Trampın sözlərinə görə, insanlar bunu qanunsuz hesab edirlər.
2011-ci ildə New York Times qəzetinin verdiyi məlumata görə, Barak Obama Avropa səfəri zamanı avtomatik imza qələmindən istifadə edərək qanunvericiliyi imzalayan ilk ABŞ prezidenti olub.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Aprel 2026 10:54
Tramp ABŞ-nin Baş prokurorunu işdən çıxarmağı düşünür - İDDİA
01 Aprel 2026 21:00
Sarkisyanın partiyası parlament seçkilərində iştirak etməyəcək
01 Aprel 2026 19:43
Paşinyan: Qarabağ hərəkatı davam etdirilməməlidir
01 Aprel 2026 19:06


Bakı -°C

