“Zorakılıq bir anda psixoloji partlayış nəticəsində baş verir...”
“Kişi evə işdən və ya məclisdən alkoqollu halda qayıdır. Qadın onu yeməyin hazır olmaması, ya da uşaqların səs-küy salması ilə qarşılayır. Kişi ani şəkildə qəzəblənir, səslənən hər sözə hörmətsizlik kimi reaksiya verir. Qadına qarşı fiziki zorakılıq (vurmaq, itələmək) və ya psixoloji təqhir (söymək, alçatlmaq) tətbiq edir”.
Bunu Adalet.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Ekspertin sözlərinə görə, mövcud vəziyyətdə kişidə planlı nəzarət yoxdur:
“Bu, nəzarətçi-dominant tipdən fərqlidir. Zorakılıq bir anda psixoloji partlayış nəticəsində baş verir. Zərərçəkmiş qadın çox vaxt deyir: “Normal vaxtı mehriban insandır, amma əsəbləşəndə özünü idarə edə bilmir”.
Sosial konteksdən nəzər salsaq, kənd yerlərində bu tip zorakılıq çox vaxt məişət səbəbləri ilə baş verir. Məsələn, çay isti olmadı, uşaq sakit dayanmadı. Şəhərdə isə daha çox işsizlik, maddi sıxıntılar və stress fonunda müşahidə olunur. Bəzi hallarda kişi qəzəb partlayışından sonra üzr istəyir, hətta qadına hədiyYələr alır, amma bir müddət sonra zorakılıq təkrarlanır.
Bir qadın bizə ifadəsində bunları deyir:
“Ərim əsəbləşəndə gözümün içinə baxmır, bir anda qışqırır, qabları sındırır, uşaqlar qorxudan ağlayır. Əsəbi keçəndən sonra deyir ki, “mən elə demək istəmirdim, əsəbləşdim”. Mən bilirəm ki, o, məni planla incitmir, amma özünü saxlaya bilmir. Elə buna görə də hər dəfə qorxu içində yaşayıram””.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Mart 2026 12:41
Bazar günü hava necə olacaq?
14 Mart 2026 12:27
Bakıda genişmiqyaslı təmizlik işləri aparılıb, küçələr yuyulub - FOTOLAR
14 Mart 2026 12:15
Xocavəndin bu kəndinə ilk köç yola salındı
13 Mart 2026 17:46
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13 Mart 2026 13:59
Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb
13 Mart 2026 12:55
Azərbaycan bu xəstəlikdən azad ölkə statusu aldı
13 Mart 2026 12:19
Bakıda sökülən bu evlərə fərqli kompensasiya verilməsi təklif olunur
13 Mart 2026 11:57


Bakı -°C

