“Tramp və komandası Zəngəzur dəhlizinə Rusiyanı dəvət edərsə...”
“ABŞ elan olunan Milli Təhlükəsizlik Strategiyası Rusiyanın siyasi maraqlarına xidmət edir. Donald Tramp administrasiyasının hazırladığı bu Strategiya Avropa ilə siyasi-təhlükəsizlik və hərbi əlaqələri aşağı səviyyəyə salır. NATO genişləndirilməməsi qeyd edilir. Tramp administrasiyası Qərb Alyansının inkişafına zərbə vurur və parçalanmasını həyata keçirir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, qəbul edilən strategiyada qeyd edilir ki, ABŞ-nin bütün dünya nizamını təkbaşına daşıdığı dövr artıq arxada qalıb:
“Göründüyü kimi, ABŞ administrasiyası yeni dünya siyasi nizamında təkbaşına deyil, Rusiyaya da yer verməyi planlaşdırır. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyini təhdid edir. Rusiya prezidenti Vladimir Putinin də əsas siyasi planı bundan ibarətdir. Tramp Ukrayna məsələsində Rusiyanın mövqeyini dəstəkləyir. Tramp və komandası Zəngəzur dəhlizinə Rusiyanı dəvət edərsə, təəccüblü olmayacaq. Tramp xüsusi nümayəndəsi S.Uitkof kürəkəni C.Kuşner Rusiyanın əsas lobbiçiliyini həyata keçirir. Tramp və vitse-prezident Vens ABŞ Rusiyanın qarşısından geri çəkir. Ukraynaya ciddi təzyiqlər edərək, ərazi güzəştinə məcbur edir. ABŞ prezidenti Putinin istəyi ilə Qərb Alyansını parçalayır. ABŞ Milli Təhlükəsizlik Strategiyasından aydın olur ki, indiki adminstrasiyaya üç il ərzində etibar etmək olmaz”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Aprel 2026 14:44
“Aprel döyüşləri böyük zəfəri daha da yaxınlaşdırdı...” – Hərbi ekspert
02 Aprel 2026 14:32
Cevdet Yılmaz: Yaxın zamanda daha çox inkişaf etmiş Qarabağı görəcəyik
02 Aprel 2026 14:14
Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi – Politoloq
02 Aprel 2026 14:08
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
02 Aprel 2026 14:07
"Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək" - İlham Əliyev
02 Aprel 2026 13:58
Prezident tədbir iştirakçılarını qəbul etdi - FOTOLAR - YENİLƏNİB
02 Aprel 2026 12:44
TDT hökumət başçılarının görüşü: birgə bəyanat qəbul edildi - YENİLƏNİB
02 Aprel 2026 12:03


Bakı -°C

