adalet.az header logo
  • Bakı -°C
17 Dekabr 2025 15:10
69
SİYASƏT
A- A+

Ermənistanda Qarabağ məsələsini Paşinyan qəsdən gündəmə gətirir – Politoloq 

“Hədəf Qərbi Azərbaycan məsələsidir. Ermənistanda keçmiş separatçılardan Samvel Babayan Qarabağ məsələsinin unudulmadığını və gündəmdə olduğunu qeyd edib. Həmçinin Avropa İttifaqı ilə Ermənistan arasında məlum strateji sənəddə Qarabağdan köçən ermənilərlə bəndin olması Nikol Paşinyanın Azərbaycana qarşı siyasi oyunudur”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloqun sözlərinə görə, səbəb kimi rəsmi Bakını Qərbi Azərbaycan məsələsini siyasi gündəmdən çıxarmağa hesablanıb:

“Məhz ötən həftə N.Paşinyan qarşılıqlı olaraq sənəd imzalayaraq Qarabağ və Qərbi Azərbaycan məsələsindən imtina edilməsi təklifini irəli sürüb. Ermənistanda Qarabağ məsələsi Azərbaycana qarşı ərazi iddiaları, Qərbi Azərbaycan məsələsi isə, ərazi məsələsi deyil. Nikol Paşinyan ara-sıra onun nəzarətində olan bəzi şəxslərdən Qarabağ məsələsini gündəmdə saxlamaqla Azərbaycanla sənəd imzalanmasına nail olmaq istəyir. Bizə bu sənəd lazımdır?! Əsas sual budur”.

Vasif ƏLİHÜSEYN