“İndiki vəziyyətdə hərbi xidmət müddəti kifayət qədər optimaldır...”
“Hərbi xidmət müddətini nə zamansa azaltmaq mümkün olacaq. Lakin indiki vəziyyətdə Azərbaycanın dövlət qurumlarında və parlamentin müvafiq komissiyasında bu məsələ qətiyyən müzakirə olunmur. Belə bir məsələnin ictimai müzakirələri də heç bir vaxt keçirilməyib”.
Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, belə olan halda biz xidmət müddətinin azaldılması barədə hələlik dəqiq proqnoz verə bilmərik.
“Bu nə zamansa olacaq, amma hazırkı vəziyyətdə Azərbaycan üçün Silahlı Qüvvələrin yüksək dərəcədə komplektləşdirilməsi ən prioritet məsələlərdən biridir. Biz türk ordu modelinə keçmişik, amma bu o demək deyil Türkiyədə mövcud olan hərbi xidmət müddəti və ondan möhlət hüququ ilə bağlı mövcud olan prosedurları eyni ilə tətbiq etmək məcburiyyətindəyik. Belə bir planımız mövcud deyil. Hesab edirəm ki, indiki vəziyyətdə mövcud qanunvericilik və müddətli hərbi xidmət müddəti kifayət qədər optimaldır. Burada ciddi dəyişikliklər etməyə də hələlik zərurət yaranmayıb”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Noyabr 2026 15:52
Hərbi pilotlarımız təlim-məşq uçuşları icra etdi - VİDEO
03 Noyabr 2026 14:29
“Meydan TV-də işçilərə mobbinq və zorbalıq edirlər” - Həbsdəki jurnalistlər bəyanat yaydı
03 Noyabr 2026 13:14
Hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarəti gücləndirilir
03 Noyabr 2026 13:14


Bakı -°C

