“Bu mexanizm qiymətləndirmə prosesidir...”
“Minimum əməkhaqqı ilə bağlı yeni yanaşma artıq təsdiqini tapdı və bu qərarın arxasında konkret səbəblər dayanır. Son illər beynəlxalq təşkilatların və komissiyaların qiymətləndirmələrində ölkələrin əmək bazarının çevikliyi, sosial müdafiə mexanizmlərinin adekvatlığı və gəlir siyasətinin institusional əsasları xüsusi indikator kimi ölçülür”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, Azərbaycan üzrə reytinq göstəriciləri də məhz bu istiqamətdə siyasətin daha çevik və dövri qiymətləndirmə modelinə keçməsini zəruri edirdi:
“Qanunvericiliyə edilən dəyişiklik minimum əməkhaqqının hər il avtomatik artırılması deyil, ildə azı bir dəfə yenidən qiymətləndirilməsi mexanizmini təsbit edir. Bu isə o deməkdir ki, qərarlar iqtisadi dinamika, inflyasiya, əmək bazarındakı dəyişikliklər və fiskal imkanlar nəzərə alınmaqla qəbul olunacaq. Əlqərəz, bu mexanizm qiymətləndirmə prosesidir. Yəni minimum əməkhaqqı artada bilər, artmaya da bilər, lakin mütləq şəkildə yenidən baxılacaq, təhlil olunacaq və qiymətləndiriləcək. Konkret təkliflər təqdim ediləcək, göstəricilər əsasında qərar qəbul olunacaq və yekun məbləğ müəyyən ediləcək. Amma hazırkı şəraitdə böyük ehtimalla ildə ən azı bir dəfə artımın mümkün və real ssenari olduğunu demək olar”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Oktyabr 2026 09:20
Kreditini vaxtında verə bilməyənlərin nəzərinə - VİDEO
12 Oktyabr 2026 09:14
“Brent” ucuzlaşdı
10 Oktyabr 2026 13:59
Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama
09 Oktyabr 2026 17:11
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib
09 Oktyabr 2026 11:32
Azərbaycanda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
09 Oktyabr 2026 11:08
Azərbaycan iqtisadiyyatı böyüyüb
09 Oktyabr 2026 11:03
“Türkmənistandan nə alırıq və qardaş ölkəyə nə satırıq?”
09 Oktyabr 2026 10:44


Bakı -°C

