adalet.az header logo
  • Bakı -°C
26 Mart 2026 20:22
76
MƏMLƏKƏT
A- A+

Bayram günləri...

Novruz bayramında on bir gün iş olmayacaq.Əlbəttə, bu bir çox insanları çox sevindirir. Çünki bu on bir gündə kim  ürəyi necə istəyirsə, eləcə də istirahat edəcək, dincələcək. Artıq bayram günlərinin çoxu geridə qalıb.

Əksər insanlar Bakıdan rayonlara , istirahat mərkəzlərinə üz tutub.Axı, kənd yerlərində yaz daha tez gəlir, ağaclar çicəkləyir, hər hər tərəfdə yaşıllıqlar, otlar baş qaldırır 

Kol dibindən isə bənövşə boylanır və insanları salamlayır. Bunların ətrini duymaq və görmək adama  xoş ovqat bəxş edir. Ona görə də Novruzun dadın çıxarmaq istəyənlər  gərək bu gözəl anları heç vaxt unutmasınlar!Amma rayondan qayıdanda fərdi avtomobil sahibləri çox diqqətli olmalıdır. Ki, yol hərəkəti qaydalarına əməl etməli, sürət həddini aşmamalı, ara məsafəsi saxlamalı, dumanlı havada  qəza işıqlarını yandırmalıdır.

Bir sözlə, bütün hərəkət iştirakçıları yol hərəkəti qaydalarına əməl etməlidirlər. Bax ötən bayramlarda respublika  ərazisində ağır yol-nəqliyyat hadisələri baş verib, ölən  və ağır xəsarət alanlar olub! Ancaq elə hərəkət etmək lazımdır ki,  bu bayram günlərində belə ağır qəzalar  və faciələr baş  verməsin!!!

Emil FAİQOĞLU