adalet.az header logo
  • Bakı -°C
05 Avqust 2026 17:30
67
AVTOMABİL
A- A+

Yay istisində nəqliyyat vasitələrində yanğın riskinə diqqət

Ağdəniz Universitetinin professor İbrahim Atmaca bildirib ki, Yanacaqla işləyən nəqliyyat vasitələrində mühərrikdə, yanacaq şlanqlarında və ya yanacaq sistemində sızmalar yanğın riski yarada bilər. Ona görə də hər hansı bir xəbərdarlığı "heç nə olmayacaq" düşüncəsi ilə görməzdən gəlmək olmaz.

Adalet.az xəbər verir ki, professorun sözlərinə görə, mümkün qədər tez-tez servis mərkəzi ilə əlaqə saxlamaq lazımdır. Qeyd olunur ki, hava temperaturunun yüksəldiyi yay aylarında müntəzəm texniki xidmətdən keçən nəqliyyat vasitələrində yanğın riski xeyli azalır. Yanacaqla işləyən nəqliyyat vasitələrində yanacaq sistemi və mühərrik sızmaları, elektrikli nəqliyyat vasitələrində isə batareya idarəetmə sistemi xəbərdarlıqlarının nəzərə alınması vurğulansa da, yüksək temperaturdan təsirlənə bilən alışqan, ətriyyat və dezodorant kimi məhsulları nəqliyyat vasitəsinin içərisində saxlamamaq tövsiyə olunur.

İbrahim Atmaca bildirib ki, mütəmadi olaraq dövri texniki xidmətdən keçən nəqliyyat vasitələrində yanğın riski əhəmiyyətli dərəcədə azalır. Xüsusilə isti havada yanacaq daha asan buxarlanır və nəqliyyat vasitəsinin içərisindəki isti səthlər sızmanın yanğına çevrilmə ehtimalını artıra bilər.
O, deyib ki, dövri texniki xidməti laqeyd edilməyən elektrikli nəqliyyat vasitələrində ciddi risklər gözlənilmir. Lakin, yüksək temperaturda batareyanın həddindən artıq istiləşməsi və ya batareya idarəetmə sistemində nasazlıqlar olduqda, sürücülər cihaz panelindəki xəbərdarlıqlara diqqət yetirməli və "heç nə olmayacaq" düşünərək heç bir xəbərdarlığı qulaqardına vurmamalı, əksinə mümkün qədər tez səlahiyyətli servis mərkəzinə müraciət etməlidirlər. Nəqliyyat vasitəsinin növündən asılı olmayaraq, yay aylarında yüksək temperatur səbəbindən yanğın və ya partlayış riski yarada biləcək alışqanlar, ətirlər və dezodorantlar kimi məhsullar nəqliyyat vasitəsinin içərisində qalmamalı və dövri texniki xidmət vaxtında aparılmalıdır.

Vasif ƏLİHÜSEYN