Taksi sürücüsü və daha bir nəfərdə 14 kq narkotik aşkar edildi - FOTO+VİDEO
Paytaxt ərazisində “taksi” sürücüsü və daha bir nəfərdən 14 kiloqram narkotik vasitə aşkar edilib.
Adalet.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Məlumata görə, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1990-cı il təvəllüdlü Orxan Məmmədov və 1985-ci təvəllüdlü Ramin Səbbaqi saxlanılıblar. O.Məmmədovdan və idarə etdiyi “Toyota” markalı avtomobildən 12 kiloqram, o cümlədən 3 kiloqram heroin, 2 kiloqram metamfetamin, 7 kiloqram marixuana və 350 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib.
R.Səbbaqinin üzərindən isə 2 kiloqram marixuana aşkar olunaraq gotürülüb.Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. O.Məmmədov paytaxt ərazisində idarə etdiyi avtomobillə taksi sürücüsü görüntüsü yaradaraq narkokuryerliklə məşğul olub. Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
15 Iyun 2026 17:45
Çobanlar arasında mübahisə qanla bitdi
15 Iyun 2026 16:45
Axtarışda olan 83 nəfər tutulub
15 Iyun 2026 16:17
Paytaxtda narkotik dövriyyəyə buraxmaq istəyirdi - VİDEO
15 Iyun 2026 13:18
Qanunsuz saxlanılan 10 tüfəng aşkarlanıb
14 Iyun 2026 13:24
Nizamidə 30 kiloqrama yaxın narkotik müsadirə olundu - VİDEO
12 Iyun 2026 14:25
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
12 Iyun 2026 10:50
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanıldı
11 Iyun 2026 18:56


Bakı -°C

