adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Mart 2024 16:11
2235
MƏDƏNİYYƏT

Taleh Yüzbəyov yaşlı aktyorlara səsləndi: “Sizdən öyrənəsi şey çox deyil”

“Bu yaxınlarda yaşlı və bəyəndiyim bir aktyoru gördüm. Kiçiklik eləyib, yaxınlaşıb görüşdüm. Dodaqucu salamlaşdı. İkinci dəfədir belə eləyir. Gələn dəfə ayağımı uzadacam görüşəndə”.

Adalet.az xəbər verir ki, aktyor, vloqer Taleh Yüzbəyov bu fikirləri sosial şəbəkə hesabında yazıb. O, yaşlı nəsil sənətçilərin səmimiyyətindən narazılıq edib. 

“Bir çox yaşa dolmuş sənətkarlarımızla rastlaşmağa imkanım olub. Aralarında sadə və səmimiləri də az olmayıb. Onlara quzu kəsərəm. Necəsə dəstək olmağa çalışıblar, məsləhətlər veriblər. Amma çoxu niyəsə özünə gedib. Eqo və nifrət dolu baxışlarını az görməmişəm. Heyf, qocala bilmir çoxusu. Elə bil təzə nəsilə rəqib kimi baxırlar. Elə bilirlər biz də onlar kimi dövlətdən qamarlamağa gəlmişik. Nəsə umuruq. Vallah, mən nə sizdən, nə də dövlətdən nəsə ummuram. Bəziləriniz istedadlısınız, bəziləriniz yox. Sizdən öyrənəsi şey də çox deyil. Tərziniz köhnədir. Yenilikləri izləmirsiniz, yeni filmlərə baxmırsınız, yeni aktyor oyunu məktəblərini bilmirsiniz. Biz də sizdən qamara getmək, ad üstündə hər cür oyundan çıxmaq, ev almaq üçün hər şeyə razı olmağı öyrənmək istəmərik. Sadəcə böyük olun, insan kimi böyük olun. Yaradıcı insan kimi olun. Çünki cılız insan böyük işlər görə bilməz”.

 

Emin