05 Mart 2025 14:13
277
HÜQUQ

Tanınmış vəkil Adəm Məmmədov həbs edilib

Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.

Adalet.az xəbər verir ki, bu barədə xüsusi ittihamçı Ceyhun Yusifovun  vəkili Asim Abbasov məlumat verib.

Bildirilib ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın hökmünə əsəsən, Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib.

Eyni zamanda, Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay müddətə islah işləri cəzası verilib./report