Azərbaycanda fəaliyyət göstərən hakimlərin sayı açıqlandı

"Azərbaycanda hazırda 628 hakim fəaliyyət göstərir".
Adalet.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda deyib.
Onun sözlərinə görə, ötən qısa müddət ərzində 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb:
"Bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılmasına imkan verib. O da nəzərə alınmalıdır ki, hazırda 330-dan çox namizəd seçim prosesinin müxtəlif mərhələsindədir".
İ.Kərimov bildirib ki, ötən il 550-dək hakim çoxsaylı təlim və ixtisasartırma kurslarına cəlb edilib:
"Hakimlər İttifaqının xətti ilə mülki və inzibati işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində təşkil edilmiş təcrübə mübadiləsi proqramları da hakimlərimiz üçün faydalı olub. 60-dək təcrübəli hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib".
Digər Xəbərlər

Ali Məhkəmə vərəsələr arasındakı mübahisəyə dair mühüm qərar qəbul etdi

Sabirabad və Tərtərdə qanunsuz ağackəsməyə görə cinayət işi açıldı

Məhkəmə Fatimə Mövlamlı ilə bağlı qərar verdi
