Baş prokuror Beyləqanda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il martın 4-də, saat 10:00-da Beyləqan rayon prokurorluğunun inzibati binasında Beyləqan, Füzuli, İmişli, Sabirabad, Saatlı, Xocavənd və Cəbrayıl rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Beyləqan rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər
27 Oktyabr 2026 20:45
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
27 Oktyabr 2026 16:54
Kukla Teatrının direktoru onu məhkəməyə verdi
27 Oktyabr 2026 11:21
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
20 Oktyabr 2026 10:19
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə
19 Oktyabr 2026 18:26
Azərbaycanda dini radikalizmə çağırış edən 7 nəfər beynəlxalq axtarışa verildi
16 Oktyabr 2026 15:24
Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi - Cinayət işi açıldı
09 Oktyabr 2026 17:55
Könül Qasımovanın həbs müddəti uzadıldı
07 Oktyabr 2026 11:56


Bakı -°C

