adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Yanvar 2023 14:55
277
GÜNDƏM

Tanrının SÖZ toplusunu yandıranlar, yanacağınız günə də hazır olun! 

Danimarkanın radikal sağçı “Stram Kurs” partiyasının lideri Rasmus Paludan İsveçin paytaxtı Stokholmun Rinkebi şəhərində polisin mühafizəsi altında müsəlmanların müqəddəsi kitabı Quranı yandıraraq sosial şəbəkədə yayımladı.

Bildiyiniz kimi, siyasətçinin bu ilk işi deyil. Paludan vaxtaşırı Avropa şəhərlərində Quran yandırma aksiyası təşkil edir. Lakin bəzi ölkələrdə polis onun bu hərəkətinə imkan vermir. Ötən ilin aprel ayındada Paludan analoji hərəkəti təkrar etmişdi.
2022-ci ildə elə İsveçdə Quranın yandırılmasına görə iğtişaşlar baş verdi. İğtişaşlarda xəsarət alanların olduğu bildirildi.
Polislə qarşıdurmalarda 40-dan çox insan xəsarət aldı, onlardan 26-sı polis əməkdaşı oldu. Qarşıdurmalar zamanı 20-dən çox avtomobil də yandırıldı. Norkköpinq və Lingköpinqdə 26 nəfər saxlanıldı.


Paludan islamdan və Qurandan nə istəyir?

Leader of the far-right Danish political party Stram Kurs Rasmus Paludan burns a copy of the Koran during a manifestation outside the Turkish embassy in Stockholm, Sweden. (Reuters)

Maraqlıdır ki, bu dəfə türklərin və müsəlmanların kompakt yaşadıqları məhəllədə cümə namazından sonra Quranı yandırmağa icazə alan Paludan bunu yüzlərlə polisin himayəsi altında edib. Dünya mediasının yazdığına görə, həmin ərazidə ikinci dəfə dini kitabı yandıran Paludan polislərin qoruması altında oradan “qəhrəman” kimi uzaqlaşıb. Ona hücum etmək istəyənlər, Quranı əlindən almaq istəyənlərin bir çoxu həbs edilib, qalanı isə ərazidən uzaqlaşdırılıb.
Paludanın nifrəti İslam dininə qarşı o qədər böyükdür ki, bundan iki gün əvvəl İsveçin Yönköpinq şəhərində yandırdığı Quranın yaratdığı səs –küy hələ səngiməyib. Quran yandırmağa çox həvəsli və qazanclı baxan Paludan Linköpinq və Norköpinq şəhərlərində də əməlini davam etdirməyə çalışıb. Amma dinə-Allaha iman gətiənlər buna mane olub.Elə burda da ixtişaşlar baş verib:İnanclı etirazçılardan 3 nəfər həbs olunub, 3 polis yaralanıb. Polislərlə yanaşı avtomobilləri də ixtişaş zamanı zədələrə məruz qalıb.

Qeyd edək ki, Hollandiyada da İslam əleyhdarı, "Pegia" qrupunun lideri Edvin Vagensveld Quranı əvvəl ayaqlayıb, daha sonra bir-bir vərəqlərini cıraraq yandırmağa başlayıb.

Yandı, cırdı, üstünə basdı! Alçaq hücumun ünvanı bu dəfə Hollandiyadır: Paludandan sonra Pegida lideri də Quranı yandırdı.


P.S. Biz hər iki “qəhhhrəman”a heç bir söz demirik! Qoy sözü onlara Quranı nazil edib müsəlmanlara göndərən uca Allah və bir də Allahın məsləhət və sözlərini özündə əks etdirən Quran cavab versin! İnancıma görə, Quranın yandırması, hər iki “Quran yandıranın” alovundan güclü olacaq! İnşallah!

Əntiqə Rəşid