Tarix müəllimi şagirdlərə: "Erməni tarixini yox, dünya tarixini öyrənin, Daşnaksütyun isə..."
İrəvanın mərkəzindəki məktəblərdən birində təhsil alan şagirdin valideyni qalmaqallı fikir səsləndirib.
Adalet.az xəbər verir ki, valideyn 9-cu sinifdə 35 şagirdin içərisində onun da qızının da təhsil aldığını bildirib: "Qızım xəbər gətirdi ki, tarix müəllimi Ermənistan tarixi ilə bağlı lazımsız fikirlər deyib. Qızım müəllimin dərs zamanı onun dediklərindən qəzəblə bizə şikayət edib. Tarix müəllimi sinifdə deyirmiş ki, erməni tarixini deyil, dünya tarixini öyrənin. Erməni tarixini öyrənsəniz, dövlətçilikdən çıxıb təşkilata çevriləcəksiniz, Daşnaksütyun isə erməni xalqına ancaq ziyan vurub”.
Sonra tarix müəllimi izah edib ki, o, gələcək üçün “Dənizdən dənizə Ermənistanı” və ya Artsaxı qaytarmaq arzusunda olan” ermənilər yox, dünya vətəndaşları olacaq ermənilər hazırlamağa çalışır.
Qeyd edək ki, son aylar erməni dövlətinin ictimai həyatı məktəblərdə tədris edilən tarix dərsliyi qalmaqalı ilə çalxalanır. Əslində 7 və 9-cu siniflərin dərsliklərində aparılan dəyişikliklər bir sıra mətləblərdən xəbər verir.
Hakimiyyətə gəldiyi ilk gündən erməni kilsəsi ilə gərginlik yaşayan Ermənistanın baş naziri Nikol Paşinyann göstərişi ilə artıq bir sıra siniflər üçün nəzərdə tutulan “Erməni tarixi” kitabının adı dəyişdirilərək “Ermənistan tarixi” adlandırılıb. Həmin qərar isə cəmiyyətdə, xüsusən də Eçmiədzində ciddi rezonans doğurub. Dərslik üzərində işləyən ekspertlərin etirafına görə, “Erməni tarixi” siyasi tarix deyil, əfsanələr toplusu olduğu üçün ondan imtina etməyin vaxtı çatıb. Ermənistan məktəblərində tədris edilən tarix kitablarından “Erməni kilsəsinin tarixi” mövzusunun çıxarılmasına nail olub. Bu da kilsə ilə hökumət arasında uçurumun ciddi şəkildə dərinləşdiyini göstərir. Hadisələrin fonunda hakimiyyətin diktəsi ilə tarix kitabların bəzilərinin adı “Vətənim” olaraq dəyişdirilib. Maraqlıdır ki, 7-ci siniflərin dərsliyinə salınan xəritədə Qarabağ Azərbaycanın sərhədləri daxilində göstərilib.
Təbii ki, təhsil sahəsindəki bu islahatlar revanşist və "böyük Ermənistan" arzusunda olan separatçı erməniləri qəzəbləndirməyə bilməz.
Əntiqə Rəşid
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

