Tarixi qəhrəmanlıq ekranlarda
“Şah Ölum” filmi Azərbaycan kinosu yenidən qəhrəmanlıq və milli yaddaş mövzusunu ekranlara gətirir.
“Şah Ölum” filmi tamaşaçıları XX əsrin əvvəllərinə aparır, 1918–1920-ci illərdə erməni daşnaklarına qarşı Göyçə və Gədəbəy-Tovuz arasındakı Xınna dərəsində, həmçinin 1929–1930-cu illərdə Şura hökumətinə qarşı aparılan amansız mübarizəni təqdim edir. Filmin mərkəzində Gədəbəyli Məcid ağa və Mustafa ağa dayanır – xalqın azadlığı uğrunda həyatlarını fəda edən qəhrəmanlar.
Məcid ağanın gələcəkdə yurduna qayıdıb ocağı qalaması göstərir ki, bu yurdun ocağını Tanrı yandırıbsa, onu söndürməyə heç kimin gücü çatmaz. Tarixi faktlar filmdə əks olunur: 1918–1920-ci illər – erməni daşnaklarının Göyçədə törətdiyi soyqırımlar. 1920-ci ildə gizlincə Azərbaycan torpaqlarına soxulmuş 300 nəfərlik erməni yaraqlılarınin Xınna dərəsində məhvi. 1929–1930-cu illər – Şura hökumətinə qarşı Məcid ağa və silahdaşlarının müqaviməti; Bolşevik silahlı dəstələrinin komandiri Leytenant Kelli Arbuzov Gədəbəy əhalisinə qarşı qəddar davranışı, kütləvi qətllər törətməsi.
Bu faktlar filmdə xüsusi yer alib. Eyni dövrdə, sonralar Sovet İttifaqı marşalı olmuş erməni Amazasp Xaçaturovic Babacanyanın xatirələri də bu mübarizələri təsdiqləyir. Sonda Arbuzovun öldürülməsi faktı da diqqət çəkir, tamaşacının ürəyinə bir sərinlik, bir rahatlıq gətirir. Burdan belə bir nəticə hasil olur: nahaq tökülən qan heç vaxt yerdə qalmır.
Film yay fəsli boyunca Gədəbəyin dağlarında, Yaqublu dərəsində və çay kənarında lentə alınıb. Günəşli panoramalar və yaşıllıqlar filmin vizual poetikasını tamamlayır.
Filmin finalında Zəka Vilayət oğlunun “Soruşdum dağlardan” mahnısı və ifası göstərir ki, Məcid ağa kimi xalq qəhrəmanları ölməz, əbədiyaşardır.
Musiqi filmin qəhrəmanlıq ruhunu və azadlıq mesajını daha da gücləndirir. “Şah Ölum” filmi tamaşaçıya çatdırır: “Xalqını sevən qəhrəman ölə bilər, amma azadlıq və mübarizə ruhu heç vaxt ölməyən, qəhrəman oğullarini sevən bir xalqın yaddaşında əbədi yaşayar, beləcə sonsuzadək diri qalar!” Film hazırda Park Sinemanın bütun kinoteatrlarında nümayiş olunmaqdadır və bundan sonra da hələ uzun müddət müxtəlif platformalarda olacağı planlaşdırilır.
Filmi izləmək istəyənlərin diqqətinə:
Başlanır:
Sevinc Mall: 20:00
Metropark: 20:40
Park Bulvar: 20:50
Alov qüllələri: 21:00
Digər Xəbərlər
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
09 Sentyabr 2026 09:51
Aleksandr Şarovski vəfat etdi
08 Sentyabr 2026 16:32
Elm, sənət və insanlıq zirvəsində - Gülnaz Abdullazadə
08 Sentyabr 2026 11:16
Türkiyədə yeni arxeoloji kəşflər: qədim heykəllər və tarixi abidələr üzə çıxarılıb -FOTOLAR
07 Sentyabr 2026 15:31


Bakı -°C

