adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 May 2023 09:00
3062
LAYİHƏ

TARİXİN QIZIL SƏHİFƏSİ - HEYDƏR ƏLİYEV!

Dünyada böyük siyasətçilər, tarixi şəxsiyyətlər çox olub. Təbii ki, bu tarixi şəxsiyyətin hər biri yeni bir tarix yazıb, həmi xalqın, həm də tarixin yaddaşında qalıb. Belə tarixi şəxsiyyətlərdən biri də Ulu Öndər Heydər Əliyev olub. O, hakimiyyətə gəldiyi ilk gündən, son ana qədər bu dövlətə, bu xalqa, bu millətə sədaqətlə xidmət edib. Çünki Ulu Öndər həmişə deyərdi ki, «Qoy ədalət zəfər çalsın!». Aydındır ki, ədalətin zəfər çalması üçün ədalətli də cəmiyyət qurmaq lazım idi.

Hələ hakimiyyətə gəldiyi Sovet rejimində belə Heydər Əliyev ölkəmizdə qanunların aliliyinin təmin edilməsi üçün və milli dəyərlərimizin qorunub, saxlanılması məqsədilə çox böyük işlər görüb. Təkcə bir faktı demək lazımdır ki, Ümummilli Lider 1978-ci ildə Azərbaycan Konstitusiaysı qəbul olunarkən dövlətçiliyimizi, milli dəyərlərimizi və dilimizi qoruyub saxalamağa nail olmuşdur. O vaxtlar hər ölkənin dövlət dili onun dili hesab olunmurdu. Amma Heydər Əliyev 1978-ci ildə qəbul olunmuş Konstitusiyada belə bir maddənin: «Azərbaycan dilinin dövlət dili olması barəsində maddənin» Konstitusiyaya yazılmasına nail olmuşdur. Deməli, bu məsələlər də heç də asanlıqla həyata keçməmişdir. Hətta həmin dövrdə Ukraynanın I katibi Şerbitsik ilə Heydər Əliyevin arasında bir mübahisə də olmuşdu. Onda Şerbitski demişdi ki, biz Konstitusiyamızda Ukrayna dilinin dövlət dili olmasını yaza bilmirik. Amma siz yazırsınız. Ulu Öndərsə ona bildirmişdir ki, sizin respublika bizimkindən dəfələrlə böyükdür. Bu sizin öz işinizdir. Amma bizim Konstitusiyada Azərbaycan dili dövlət dili kimi qəbul ediləcək. Həmin dövrdə keçmiş SSRİ respublikaları arasında Azərbaycandan sonra Ermənistan və Gürcüstanda dövlət dili erməni və gürcü dili kimi qəbul edilmişdir. Digər respublikalarda dövlət dili rus dili hesab olunurdu. Hətta Pribaltika respublikalarında belə dövlət dili rus dili sayılırdı.

Dilimizin dövlət dili statusu alması birbaşa Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri nəticəsində mümkün olmuşdur. Hətta buna görə Siyasi Büroda müəyyən qara qüvvələr Ulu Öndərə millətçi damğası da vurmağa cəhd eləmşdilər. Mərkəzi Komitənin Siyasi Bürosunda Heydər Əliyevin ağlı və düşüncəsi qarşısında çoxları aciz idi və buna görə də onun həyata keçirtmək istədiyi dövlətçiliyimizlə bağlı bütün tədbirləri heç kəs ləngidə bilmirdi.

Azərbaycan xalqı xoşbəxt millətdir ki, onun Heydər Əliyev kimi böyük tarixi şəxsiyyəti var. Bu tarixi şəxsiyyətə həm Sovet dönəmində, həm də sonrakı müstəqillik dövründə müxtəlif qüvvələr şər və böhtan atıblar. Ancaq onların heç birisi Heydər Əliyevə yapışmayıb. Çünki Ulu Öndər həmişə öz xalqına, millətinə və dövlətinə sədaqətlə xidmət edib. Təbii ki, xalq da öz siyasi liderini zamandan asılı olmayaraq qoruyub saxlayıb və ona böyük hörmət bəsləiyb. Xalq şairi Zəlimxan Yaqub Ulu Öndər dünyasını dəiyşərkən belə bir misra yazıb: «Görən torpaq bilirmi qoynunda Heydər yatır?». Bəli, nəinki insanlar, hətta torpaq da bilirdi ki, qoynuna aldığı bu tarixi şəxsiyyət çox müdrik bir siyasətçidir. Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə və Azərbaycan yazıçılarına həmişə böyük hörməti və sevgisi olub. Çünki Heydər Əliyev Azərbaycan mədəniyyətini, Azərbaycan ədəbiyyatını, Azərbaycan poeziyasını çox gözəl bilirdi. Bu tarixi şəxsiyyət ədəbiyyatçı ilə ədəbiyyatçı kimi, tarixçi ilə tarixçi kimi, memarla memar kimi, şairlə şair kimi danışırdı. Əlbəttə, bu elmi təfəkkürə və dünyagörüşə malik olmaq üçün Ulu Öndər saysız-hesabsız kitablar mütaliə eləmişdi. Hətta şairlərlə görüşündə elə fikirlər səsləndirirdi ki, hamı onun işlətdiyi fikirə məəttəl qalırdı. Çünki bayaq dediyimiz ki, o, ədəbiyyatımızı, folklorumuzu, xalq musiqimizi və aşıq yaradıcılığını çox gözəl bilirdi. Süleyman Rüstəmlə, Qabillə, Zəlimxan Yaqubla söhbətlərini heç vaxt unutmaq olmur. Həmin söhbətlər poeziyadan, şeirdən söz açmaqla yanaşı, həm də bir səmimiyyət və sadəlik rəmzi idi. Çünki Heydər Əliyev nə qədər ciddi və tələbkar idisə, bir o qədər də sadə və səmimi idi və insanlar da onu səmimiyyətinə görə çox istəiyrdi. Heç kimə sirr deyil ki, Ulu Öndər həddindən artıq xalq dilində demiş olsaq, zəhmli şəxsiyyət idi, amma insanlarla görüşəndə özü elə bir ünsiyyət yaradırdı ki, hətta sadə pambıqçı, fəhlə, suçu belə onunla ürək söhbəti edirdi.

Təsadüfi deyil ki, Ulu Öndər pambıq mövsümü dövründə rayonlara gedir, tarlaları gəzir, pambıqçılarla görüşür və onlarla səmimi söhbətlər edirdi. Həmin insanlar da Heydər Əliyevə ürək sözlərini çatdırırdı. Həmin söhbətlərin birində pambıqçı qızlardan biri deyir ki, yoldaş Əliyev, biz Əlibala Hacızadəni «İtgin gəlin» romanını tapa bilmirik. Ulu Öndər də sonradan nəşriyyata göstəriş vermişdi ki, kitabı yenidən nəşr etsinlər. Kitab da yenidən nəşr olunmuşdu və rayonlara paylanmışdı və eyni zamanda Ulu Öndər hər bir əmək qəhrəmanını mükafatlandırır, ona ya fəxri ad verir, ya da yeni avtomobil hədiyyə etdirirdi. Təbii ki, zəhmətkeşlərin bu cür yüksək qiymətləndirilməsi xalq arasında Ümummilli Liderin nüfuzunu daha da yüksəldirdi. Əlbəttə, o şəxslər, o siyasətçilər millətin və xalqın yaddaşında qalır ki, onlar sadə insanları həmişə hörmətlə xatırlayıblar və yada salıblar.

Yazıçı-publisist Səməndər Məmmədov Heydər Əliyev haqqında «Kremlə sancılmış Türk bayrağı» yazısında qeyd edir ki, «Heydər Əliyev xalqımızın qeyrəti, cəsarəti, bükülməz biləkli pələngi, sıyrılmış qılıncı və Kremlə sancılmış Türk bayrağı idi».

Biz zaman-zaman onun böyüklüyünü və dahiliyini hiss edəcəyik. Əlbəttə, Səməndər müəllimin bu sözlərində çox böyük həqiqət var. Çünki Azərbaycan xalqı 1969-cu ildən bu günə kimi Heydər Əliyevin necə böyük şəxsiyyət olduğunu yaxşı görüb və bu gün də ona böyük qiymət verir.

Çoxları elə bilirdi ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra respublikamızda qara qüvvələr xaos və özbaşınalıq yaradacaqlar. Çünki artıq onlar Xalq Cəbhəsinin hakimiyyəti dövründə və ondan əvvələki 80-90-cı illərdə bu özbaşınalığı və dərəbəyliyi yaratmışdılar. Dövlət həmin qüvvələrin qarşısında aciz qalmışdı. Hətta vətənədaş müharibəsinin astanasındaydıq. Belə bir vaxtda Ulu Öndərin xalqın xahişi ilə hakmiyyətə gətirilməsi dövlətimizi və ölkəmizi parçalanmaqdan xilas etdi. Bir neçə ilin içərisində Azərbaycan Heydər Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində dirçəliş yoluna qədəm qoydu. Siyasi, iqtisadi və hərbi cəhətdən ölkəmiz möhkəmlənməyə başladı. Xarici və daxili qüvvələrin müdaxiləsinə baxmayaraq, Heydər Əliyev siyasəti həmin qara qüvvələrə qalib gəldi və Azərbaycan zaman-zaman böyük uğurlara və nailiyyətlərə imza atdı. Belə ki, əsrin müqavilsi - Neft kontranktı bağlandı və eyni zamanda bir çox beynəlxalq layihələr həyata keçirildi, Azərbaycana böyük maraq yarandı. Xarici dövlətlər də gördü ki, Heydər Əliyev ölkədə sabitlik yaradıb, böyük iqtisadi inkişaf var, buna görə də məmləkətimizdə bir çox inkişaf etmiş dövlətlərin şirkətləri, invetisiya yatırdılar. Təbii ki, iqtisadi durumun get-gedə daha da yüksəlməsi və ölkəmizin büdcəsinin artması bir çox layihələrin öz daxili imkanlarımız hesabına gerçəkləşməsinə şərait yaratdı.

İndən sonra yüz illər keçsə də, min illər keçsə də Heydər Əliyevin xidmətləri Azərbaycan xalqının yadından çıxmayacaq və Ulu Öndərin adı xalqımızın tarixində əbədi yaşayacaqdır.

 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.